Rusiyanın artan neft qiymətlərindən qazancını (Tramp sayəsində) mümkün qədər azaltmaq üçün Ukrayna tərəfindən müvafiq tədbirlər görülür.
Bu gecə Leninqrad vilayətindəki Primorsk dəniz ticarəti limanına uğurlu zərbələr endirilib, baxmayaraq ki, bu zona HHM vasitələri ilə möhkəmləndirilmiş bölgədir.
Primorsk limanında böyük ixrac terminalı yerləşir. Buradan Baltık dənizi vasitəsilə sutkada 1 milyon barelə yaxın neft və 300 min barelə yaxın dizel yanacağı ixrac olunur.
