14 C
Bakı
23 Mart 2026 13:31
DünyaMuharibəSiyasət

Putin ön xəttə gəlsəydi, əsgərlər onun  boğazını üzərdi…

Ukraynaya qarşı müharibəyə səfərbər edilmiş rus hərbçinin etirafları:

“Bizim komandirlər müharibə görməyiblər. Onlar üçün tankdan böyük silah yoxdur. Başa düşmürlər ki, 30 min rubllıq bir ‘kamikadze dron’ onların milyonluq tanklarını cəhənnəmə göndərir. Bizimkilər hələ də 1943-cü ilin nizamnaməsi ilə, ancaq ‘ət maşını’ kimi əsgəri irəli verməklə vuruşurlar”.
İtkilərimiz fəlakət səviyyəsindədir. Cəbhəyə səfərbərliklə rəsmi olaraq 300 min nəfər aparılmışdısa, indi cəmi 20-30 min nəfər sağ qalıb. “Biz Putinin rəzalətiyik, onun ‘çürük ətiyik’. Rota komandiri bizi belə çağırırdı. Ona görə də bizi yox etmək lazımdır. Komandirlər üçün itki vermək problem deyil. Əgər itkin yoxdursa, deyirlər ki, deməli heç nə etmirsən. Bizdə itkiyə görə cəzalandırmırlar, mükafatlandırırlar. Nə qədər çox adam qırılsa, komandir bir o qədər tez rütbə alır.
Artıq heç kim bu müharibənin məqsədini anlamır. İlk altı ay hansısa ‘kişi azartı’ ilə vuruşurduq. Bir ildən sonra hamı söndü. Prezidentin, deputatların, divan patriotlarının ünvanına söyüşdən başqa bir şey eşitmirdim. Hələ də başa düşmürəm ki, biz oraya niyə girdik? Mənim üçün fərqi yoxdur, işğal edilmiş bütün torpaqları geri qaytarsınlar, təki bu rəzalət bitsin. Əgər Putin mövqelərə gəlsəydi, əsgərlər onun boğazını üzərdi”.

 

Elçin Rüstəmli
Tacxeber.com

Oxşar xəbərlər

Netanyahu Makronu antisemitizmdə ittiham edib

redaktor

Hindistana və Pakistana lazım olmayan müharibə – Elbəyi Həsənli

admin

Misirdə Qəzza zolağında atəşkəslə bağlı yekun saziş imzalanıb

redaktor