Şair-jurnalist kimi istəyirəm ki, dövlətin aidiyyəti qurumlarının rəhbərliyi bu sualımı cavablandırsın.
Nəyə görə dövlət qulluqçularının, eləcə də deputatların maaşı çox yüksək səviyyədə, hətta 17 min manata kimi artır, amma digər kateqoriyaya aid vətəndaşların pensiyası isə 9.3 faiz artır?
Əksər vətəndaşlar 320 manat pensiya alır.
Sosial pensiyanın məbləği isə 220 manatdı.
Qazilərə isə ayda 80 manat təqaüd verilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri belə söz deyib: “Uşaqpulu” verməyə pul yoxdu.
Minimum əməkhaqqı isə 400 manatdır.
Bu, ədalətsizlikdir, bu haqsızlıqdır.
Azərbaycan torpaqlarının altı da, üstü də çoxlu sayda təbii sərvətlərlə zəngindir.
Amma çox-çox təəssüf ki, xalqın 80 faizinin sosial-iqtisadi vəziyyəti çox acınacaqlı və çox dözülməz bir vəziyyətdədir.
Hamımız eyni ölkədə-milyonlar səltənəti olan Azərbaycanda yaşayırıq axı.
Necə olur ki, məmurların, deputatların maaşı 10 min, 15 min, 16 min, 17 min manata qədər artır, pensionerlərin isə pensiyası 35 manat artır?
Görəsən hansı səbəblərə görə belə bir səhv addım düşünülüb? Bu, xoşagəlməz haldı.
Mənə çox maralıdlr ki, bu bərabərsizliyi kimlər düşünüb görən?
Kiçik bir ölkədə böyük ədalətsizlik baş verir.
Xahiş edirəm k, sualımı cavablandırasınız.
XATİRƏ ƏZİZ Rəhimli
Şair-jurnalist
22 Mart 2026
