İranın yeni Ali Rəhbəri Müctəba Xamenei yaralı, təcrid olunmuş vəziyyətdədir və ona göndərilən mesajlara cavab vermir.
Bu barədə “The Washington Post“ qəzeti ABŞ və İsrail təhlükəsizlik rəsmilərinə istinadən məlumat yayıb.
İsrail rəsmilərinin sözlərinə görə, SEPAH və bəzi din xadimləri ölkədə nəzarəti gücləndiriblər.
Məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, İsrailin “Mossad” agentliyi və digər kəşfiyyat qurumları Xameneinin izini müəyyən etmək üçün çalışırlar.
O, atasının qətlindən sonra yeni ali rəhbər elan edildiyi gündən bəri ictimaiyyət arasında görünməyib.
