Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının sözçüsü ABŞ-dan gələntəhdidlərdən sonra sərt bir açıqlama verdi .
Onun sözlərinə görə, İranın elektrik stansiyalarına hücumlar baş verəcəyi təqdirdə, Tehran ABŞ-ın regiondakı maraqlarına qarşı genişmiqyaslı cavab zərbəsi endirməyə hazırdır.
“İranın elektrik stansiyalarına hücum edilərsə, ABŞ-ın Qərbi Asiyadakı maraqları tamamilə məhv ediləcək”, – deyə qərargah sözçüsü vurğulayıb.
O, həmçinin ABŞ prezidenti Donald Trampı “aqressiv davranışda” günahlandırıb və Hörmüz boğazı açılmadığı təqdirdə İranın enerji infrastrukturuna zərbə endirməklə hədələyib.
Tehran boğazın hələ bağlanmadığını, lakin İranın nəzarəti altında olduğunu və “xüsusi təhlükəsizlik qaydaları” çərçivəsində istifadə olunduğunu bildirib.
ABŞ-ın təhdidləri gerçəkləşərsə, İran mümkün tədbirləri açıqladı:
▪️ Zədələnmiş infrastruktur bərpa olunana qədər Hörmüz boğazının tamamilə bağlanması
▪️ İsrailin enerji və İT obyektlərinə zərbələr
▪️ Amerikanın iştirakı ilə regiondakı şirkətlərə hücumlar
▪️ ABŞ bazalarını yerləşdirən ölkələrin enerji infrastrukturuna zərbələr
