11 C
Bakı
23 Mart 2026 21:14
DünyaMuharibə

Cənab General Madyar ! Danışır! Diqqət !

“Ukrayna artıq Rusiya ordusunu tükətməkdə daha sürətlidir, nəinki Rusiya qüvvələrinin yerini doldurması” — Ukraynanın pilotsuz sistemlər qüvvələrinin komandiri, əfsanəvi Robert Brovdi Madiar.

Onun THE ECONOMIST ilə digər vacib bəyanatları:

“Qışın əvvəlindən Ukrayna pilotsuz uçuş aparatları ən azı 9 776 nəfər daha çox əsgəri öldürüb və ya sıradan çıxarıb, nəinki Rusiya onların yerini doldura bilib.”

“Ukraynanın pilotsuz sistemlər qüvvələrinin 15 qarşılıqlı əlaqəli funksiyadan ibarət ekosistemi var — susdurmadan və müşahidədən başlayaraq, minalama və partlayıcı maddələrin istehsalına qədər. NATO generalları hələ bu sistemi tam başa düşmürlər.”

“Sərt təhlükəsizlik protokolları sayəsində, pilotsuz sistemlər qüvvələrində itkilərin kümülatif göstəricisi 1%-dən çox deyil.”

“Düşmənin itkiləri — hər bir ukraynalıya qarşı 400 rus, və bir rus işğalçının məhv edilməsinin dəyəri 878 dollar dəyərində kamikadze dron və ya döyüş materialıdır.”

“Mən heç bir mənəvi baryer hiss etmirəm. Heç birini. Mənim torpağıma silah əlində gələn insan məni öldürməyə gəlib. Ya mən onu öldürəcəyəm, ya da o məni. Milyonlarla ukraynalı, o cümlədən anam, gücünü məhz bizim etdiyimiz işlərdən alır,” — Madiar bildirib.

 

Zaur Dadaşzadə

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Ukrayna bayrağı bir həftədən sonra Donbasda dalğalanacaq” – ZELENSKİ

redaktor

Gürcüstanda azad sözə vurulan neft ləkəsi

admin

Zelenski: Ukrayna ABŞ-dan güclü təhlükəsizlik zəmanəti istəyir

redaktor