10 C
Bakı
22 Mart 2026 22:00
DinMaraqlı

İsrail və İranda məscid və sinaqoqların sayı haqqında maraqlı statistika

İsraildə müsəlman əhali və məscidlərin sayı:

1. Müsəlman əhali – İsrail daxilində (1967 sərhədləri çərçivəsində):

ümumi əhali: təxminən 9.7 milyon, müsəlmanlar: təxminən 1.7 – 1.9 milyon nəfər (ölkə əhalisinin təxminən 18–20%-i).

Bura Qərb Sahili (West Bank) və Qəzza daxil deyil.

2. Məscidlərin sayı: dəqiq rəsmi rəqəm yoxdur, təxminən 400–450 məscid (əsasən, şimali İsrail (Qalileyə), ərəb şəhərləri və kəndləri

Negev bölgəsi (bədəvi icmalar), Əl-Əqsa məscidi (ən məşhur və müqəddəs məkanlardan biri)

İranda yəyudilərin və sinaqoqların sayı:

1. İranda nə qədər yəhudi yaşayır?

Təxminən 8,000 – 10,000 nəfər (bu, Yaxın Şərqdə (İsraildən sonra) ən böyük yəhudi icmalarından biridir. İslam inqilabından əvvəl sayları 80 mindğn yuxarı olub.

Əsasən Tehran (ən böyük icma), İsfahan, Şiraz və Yəzddə yaşayırlar. Parlamentdə (Majlis) 1 nümayəndə yeri var. Öz dini ibadətlərini yerinə yetirə bilirlər

2. Sinaqoqların sayı:

Təxminən 20 – 30 sinaqoq var. Əlavə olaraq daha çox tarixi, amma dini ibadət ocağı kimi fəaliyyət göstərməyən sinaqoqlar da mövcuddur.

Yəhudilər normal həyat yaşayır, öz sinaqoqları var, dini bayramları qeyd edirlər, kosher qaydalarına uyğun qida əldə edə bilirlər. Öz məktəbləri və mədəni təşkilatları var

Amma məktəblərdə: rəsmi proqram (islam dərsləri və s.) tətbiq olunur.

Türkiyədə yəhudilərin və sinaqoqların sayı:

1. Yəhudilərin sayı təxminən 14,000 – 17,000 nəfərdir. Böyük əksəriyyəti Sefarad yəhudiləridir, onlar əsasən İstanbulda ( ən böyük icma ~90%) və İzmirdə, çox az sayda Ankara və digər şəhərlərdə yaşayırlar. Osmanlı dövründə (1492-dən sonra) İspaniyadan gələn yəhudilər qəbul ediliblər, ötən əsrdə sayları 80 min nəfər olsa da iqtisadi səbəblərdən böyük əksəriyyəti İsrailə köçüb.

2. Sinaqoqların sayı: təxminən 20–25 aktiv sinaqoq var, tarixi sinaqoqların sayı daha çoxdur, bəziləri artıq istifadə olunmur. Ən məşhurlardan biri İstanbuldakı Neve Şalom sinaqoqudur.

Xalqlar fərqli dinlərə aid olsalar belə dinc yanaşı başaya bilirlər. Elə isə problem nədir? Problem xalqlar və dinlər deyil, rejimlər, onların ideologiyaları və üzərində qurduqları siyasətlərdir.

Biri millətçi, biri dinçi, biri də ikisinin ortasında qalan.

 

Cavanşir Həsənli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Hacılar karvanı və hiyləgər müftəxorlar

redaktor

Pəncərənizə quş qonarsa başınıza BUNLAR GƏLƏCƏK:  Keçmişdən bir adamın…

redaktor

Bu qadın sarımsaq yesə öləcək – “Vampir” xəstəliyi

redaktor