Tacxeber.com mənbələrə istinadən xəbər verir ki, ABŞ prezident administrasiyası Pentaqona İranda mümkün quru əməliyyatı üçün planlar hazırlamağı tapşırıb.
Telekanalın məlumatına görə, ordu artıq Amerika quru qoşunlarının yerləşdirilməsi üçün “ətraflı hazırlıqlar” həyata keçirib.
Eyni zamanda, ABŞ prezidenti Donald Tramp “heç yerə qoşun göndərmədiyini” bildirib və əlavə edib: “Əgər mən bunu etsəydim, bu barədə jurnalistlərə mütləq məlumat verməzdim”.
Ağ Evin mətbuat katibi Kerolin Livit məsələnin əməliyyata başlamaq qərarı deyil, “hazırlaşmaq”la bağlı olduğunu açıqladı.
Reuters agentliyi əvvəllər ABŞ-ın Yaxın Şərqə təxminən 2500 dəniz piyadası, eləcə də bir desant gəmisi və onu müşayiət edən dəniz gəmiləri yerləşdirdiyini bildirmişdi. Lakin mənbələrə görə, hələlik İrana qoşun yeritmək barədə heç bir qərar verilməyib. (CBS News)
