22 C
Bakı
16 Oktyabr 2026 10:59
DigərGündəmSiyasət

Zelenski Rusiya ilə məzələnir…

Zelenski Ukraynanın Rusiyadakı auditoriyaya çatmağa davam edəcəyini və MAX-da işə salacağını bildirib. “Biz MAX-ı da əldə edəcəyik. Açığı, Rusiyada Telegram vasitəsilə də işləyirik”, – deyə Vladimir Zelenski bildirib. O qeyd edib ki, Telegram-ın məhdudiyyətləri ictimaiyyətə siqnalların ötürülməsini daha da çətinləşdirəcək, lakin Kiyev artıq yeni MAX şəbəkəsini öyrənir və orada da işləməyi planlaşdırır.

Qeyd edim ki, Rusiya daxilində sosial şəbəkələr Aprelin əvvəlindən ləğv edilir, əvəzində rusların özlərinə məxsus MAX adlanan şəbəkədən istifadəyə icazə veriləcək. İnternetin məhdudlaşdırılması səbəbindən Rusiyada əhalinin vəziyyəti xeyli ağırlaşıb. Bütün fəaliyyətlərin (adi taksi sifarişindən tutmuş bank əməliyyatlarına qədər) internet üzərindən həyata keçirildiyi indiki zəmanədə internetin qapadılması nə deməkdir?

Amma Rusiya rəhbərliyi bu addımı atmaqdan çəkinməyib. İndi də Zelenski rusların daxili şəbəkəsindən də yararlanacaqlarını bildirməklə bəri başdan ona olan inamı sıfırlayır. Vaxtilə ŞHK kapitanı olmuş Zelenski özünəməxsus tərzdə Putinlə məzələnir…

Dadaş Əhmədli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Türkiyə doqquz ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd etdi

redaktor

“Krasnov”un siyasi ömrü gödəldikcə Putinin ondan tələbləri artacaq

redaktor

Zelenskinin Trampla bağlı  sərt tənqidi fikirləri ilə bağlı Avropa liderlərinin təşvişi (şoka düşüblər.)

redaktor