Zelenski Ukraynanın Rusiyadakı auditoriyaya çatmağa davam edəcəyini və MAX-da işə salacağını bildirib. “Biz MAX-ı da əldə edəcəyik. Açığı, Rusiyada Telegram vasitəsilə də işləyirik”, – deyə Vladimir Zelenski bildirib. O qeyd edib ki, Telegram-ın məhdudiyyətləri ictimaiyyətə siqnalların ötürülməsini daha da çətinləşdirəcək, lakin Kiyev artıq yeni MAX şəbəkəsini öyrənir və orada da işləməyi planlaşdırır.
Qeyd edim ki, Rusiya daxilində sosial şəbəkələr Aprelin əvvəlindən ləğv edilir, əvəzində rusların özlərinə məxsus MAX adlanan şəbəkədən istifadəyə icazə veriləcək. İnternetin məhdudlaşdırılması səbəbindən Rusiyada əhalinin vəziyyəti xeyli ağırlaşıb. Bütün fəaliyyətlərin (adi taksi sifarişindən tutmuş bank əməliyyatlarına qədər) internet üzərindən həyata keçirildiyi indiki zəmanədə internetin qapadılması nə deməkdir? Amma Rusiya rəhbərliyi bu addımı atmaqdan çəkinməyib. İndi də Zelenski rusların daxili şəbəkəsindən də yararlanacaqlarını bildirməklə bəri başdan ona olan inamı sıfırlayır. Vaxtilə ŞHK kapitanı olmuş Zelenski özünəməxsus tərzdə Putinlə məzələnir…
