15 C
Bakı
21 Mart 2026 16:22
DünyaSiyasət

Xoşbəxtlik reytinqində geridə qalmağın səbəbi nədir?

Ermənistan ya yalan, ya həqiqətən xoşbəxtlik reytinqində Gürcüstan və Azərbaycanı geridə qoyub? Bu nədir?! Buna fikirlərimizi bildirək.

Oksford Universitetinim Rifah Araşdırmaları Mərkəzinin Gallup və BMT ilə əməkdaşlıq çərçivəsində apardığı 100.000 nəfər arası sorğulara əsaslanan tədqiqatın nəticələri bir neçə əsas amilə əsaslanır. İqtisadi rifaha (adambaşına ÜDM), dövlət tərəfindən sosial dəstək səviyyəsi, əhalinin sağlamlığı, həyati qərarlar qəbul etmə sərbəstliyi, həm insanlar arasında sosial qarşılıqlı yardım (xeyriyyəçilik də daxil olmaqla) və korrupsiyanın səviyyəsi.

Bu il beynəlxalq “2026 Xoşbəxtlik İndeksi”ndə Ermənistan 147 ölkənin arasında 89-cu yerdə qərarlaşıb. Cənubi Qafqazda Gürcüstan (91-ci) və Azərbaycandan (102-ci) irəlidə olub. Lakin, Ermənistanın özü də, Litva (28-ci), Qazaxıstan (33-cü) və həm Rusiya (79-cu) kimi postsovet dövlətlərindən geri qalıb.

Reytinqdə Finlandiya, İrlandiya, Danimarka, Kosta Rika və İsveç birincidir. “Ən bədbəxt” ölkələr siyahısına Botsvana, Zimbabve, Malavi və Syerra-Leonedur, Əfqanıstan sonuncudur.

Hamımızın tanıdığı, özümüz və xüsusən də övladlarımızın da sevə-sevə tələbəsi olduğu, dünyaca məşhur Oxford universitetin Gallup, BMT ilə birgə təhqiqatı nəticəsinə nə deyək?

Ya, dövlət və cəmiyyət, ixtisaslı insanlarımızla yığışıb, bu nəticəni qərəzli, saxta hesab edək. Yaxud, belə tədqiqatda həqiqət ucu görürüksə, bu defektli geriliyi, xüsusən də ölkəni, xalqı, elə dövləti də sümürücü korrupsiya, oliqarxiya və iqtisadi monopoliya amilini və bunları yaradan şərtləri də aradan qaldırmaq üçün, konstruktiv düşünməklə yollar tapılmalı. Korrupsiya, rüşvət, monopoliyanın köklü silinməli, xalqa rifah üçün.

 

İlqar Altay.

Tacxeber.com

Oxşar xəbərlər

Mayami danışıqları bitdi, Uitkoff yenə də Moskvaya gedir

admin

Rusiyalı alimin “Azərbaycanda zəlzələ olacaq” iddiasına cavab: Təəssüf ki… – Video

redaktor

Ukrayna kəşfiyyatının yeni əməliyyatları

admin