11 C
Bakı
21 Mart 2026 20:42
DünyaSiyasət

Neft buraxıldı, amma puluna nəzarət qoyuldu.

ABŞ 1 aylıq İran neftinə qoyulan sanksiyaları ləğv etdi: bir tərəfdən müharibə etmək, digər tərəfdən isə sanskiyaları ləğv etmək məntiqə nə dərəcədə uyğundur?

Hər kəs bildi bilmədi bu mövzuda fikir bildirir deyə, müəyyən önəmli detalları açıqlamaq lazımdır.

ABŞ İran neftinin satışına 30 günlük lisenziya verib. Bu lisenziya 20 mart 2026-cı il tarixinə qədər tankerlərə yüklənmiş İran neftinin alınmasına, daşınmasına və satışına icazə verir. Lisenziya 19 aprelə qədər qüvvədə olacaq və bazara təxminən 140 milyon barel neft çıxara bilər.

Əsas məqsəd artan neft qiymətlərini sabitləşdirməkdir.

İndi isə keçək əsas məsələyə

ABŞ-ın İrana qarşı MALİYYƏ sanksiyaları qüvvədə qalır və satılan neftdən əldə olunan maddi vəsaitlər İrana yox, ABŞ Maliyyə Nazirliyinin nəzarətində olan xüsusi hesablara(eskrou-hesablar) keçiriləcək. Bu vəsaitlərin gələcəkdə (məsələn, rejim dəyişikliyindən sonra) İrana ötürülməsi mümkündür.

Başqa sözlərlə İran neftinin satışına 1 aylıq lisenziyanın verilməsindən sonra satılan neftdən(söhbət dənizdə olan 140 milyon bareldən gedir) İran rejimi 1 dollar olsa da almayacaq.

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

“Ukrayna yeni əks-hücum hazırlayır” – KİV

admin

Azərbaycanda BİR İLK: məhkumlara imkan veriləcək ki…

redaktor

ABŞ-da polislər 29 yaşlı gənci döyərək öldürdülər – ANBAAN VİDEO

redaktor