11 C
Bakı
21 Mart 2026 22:36
Dünya

Baharın gəlişi ilə Ukrayna cəbhəsində də hərarət artır.

Liman (Donetsk vilayəti) istiqamətində Rusiya ordusunun cəbhəni yarmaq üçün böyük qüvvə ilə həyata keçirdiyi genişmiqyaslı hücum dəf edilib.

Yeddi istiqamətdən hücum edən işğalçılar Ukrayna ordusunun müdafiə xətlərinə çatmadan 3-cü Korpusun bölmələri tərəfindən darmadağın edilib. Rus ordusu 11 zirehli texnika, 3 tank, 84 ədəd mototexnika (motosikl, kvadrosikl, bagi), 160-dan çox dron, 5 ədəd artilleriya qurğusu, 1 ədəd TOS (Солнцепек) sistemi itirib.
Döyüşdə 288 rus əsgəri öldürülüb, 127-si yaralanıb.
Ukrayna ordusunun ən döyüş qabiliyyətli hərbi birləşmələrindən sayılan III Korpusa “Azov”un qurucularından olan gənc briqada generalı, Ali Radanın keçmiş deputatı Andrey Biletskiy komandanlıq edir.

Qış boyunca əsasən kiçik piyada qrupları ilə hücumlar edən rus ordusunun bahar-yay aylarında böyük qüvvələrlə kamikadze hücumlarına davam edəcəyi gözlənilir.

 

Şahin Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Sabah başlayır, iyunun 16-da pik nöqtəyə yüksələcək – ŞOK XƏBƏRDARLIQ

redaktor

Braziliya prezidenti Vladimir Zelenski ilə görüşməkdən nə üçün imtina edir?

redaktor

Lavrovun kürsüsü laxlayır

admin