15 C
Bakı
21 Mart 2026 16:23
DünyaSiyasət

Pakistan-Əfqanıstan gərginliyi: bayram fasiləsi, müharibə ehtimalı

Pakistan Ramazan bayramı ilə əlaqədar Əfqanıstanda həyata keçirdiyi hərbi əməliyyatları müvəqqəti olaraq dayandırıb. İslamabad Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin atəşkəslə bağlı müraciətlərinə müsbət cavab verib. Atəşkəsin uzun çəkəcəyini söyləmək çətindir, bayramdan sonra iki ölkə arasında döyüşlər başlayacağı ehtimalı yüksəkdir.

Asiyada ən böyük gərginlik uzun illər Hindistanla Pakistan arasında olub. İki ölkə arasında bir neçə dəfə müharibə olub, on minlərlə insan həlak olub, yüzminlərlə insan qaçqına çevrilib. Hindistanla Pakistan arasında Kəşmirə görə ara-sıra yenə də münaqişə baş verir. Ancaq artıq Pakistanla Əfqanıstan arasında tez-tez baş verən toqquşmalar Hindistan-Pakistan gərginliyini arxada qoyub. Bunun səbəblərindən biri hər iki ölkənin nüvə silahına malik olması və müxtəliq növ hərbi təyyarələrə malik olmalarıdır. Güclər təxminən bərabərdir. Pakistan-Əfqanıstan müharibəsində isə İslamabad havada üstünlüyə malikdir. Əfqanıstanın qırıcı təyyarələri yoxdur, hava müdafiə sistemləri zəifdir. Pakistan bundan istifadə edərək Əfqanıstan ərazisindəki silahlı qrupların mərkəzləşdiyi yerlərə zərbələr vurur. Taliban paytaxt Kabili ələ keçirdikdən sonra iki ölkə arasında gərginlik daha da artıb. Halbuki, Taliban vaxtilə elə Pakistan ərazisində formalaşıb.

Pakistanla Əfqanıstan arasında gərginliyin iki səbəbi var. Birinci səbəb Pakistan və Əfqanıstan arasında 2600 kilometrlik Durand Xəttidir. Əfqanıstan vaxtilə ingilis müstəmləkiçələrinin müəyyənləşdirdiyi bu xətti mübahisəli hesab edir. İki ölkə arasındakı gərginliyin ikinci səbəbi Əfqanıstan ərazisindəki Pakistan hakimiyyətinə müxalif olan silahlı qrupların varlığıdır. Bu iki məsələ həll olunmadan Pakistanla Əfqanıstan arasında atəşkəslər müvəqqəti xarakter daşıyacaq. Hava üstünlüyü Pakistanın tərəfində olsa da, Əfqanıstanın hərbi gücləri qonşu ölkənin sərhədəki məntəqələrinə hücumlar təşkil etmək gücündədir. Müharibənin davamı bölgədə yeni qaçqın axınına səbəb olacaq.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğan Qarabağdan danışdı: “2025-ci ildə Rusiya ərazini tərk edəcək” – VİDEO

redaktor

“Müharibəyə son” siqnalı

admin

Bloomberg: Cəbhədə artan itkilər Rusiyanı səfərbər olmağa məcbur edə bilər

redaktor