The Times qəzetinin məlumatına görə, Yaxın Şərqə kömək üçün göndərilən ukraynalı təlimatçılar ABŞ-ın hədəfləri necə vurmasından şoka düşüblər. Fars körfəzi ölkələrinin müdafiəsində iştirak edən Ukrayna Silahlı Qüvvələrinin zabitləri və təlimatçılarının sözlərinə görə, “ABŞ hərbçiləri tək bir düşmən hədəfinə hər biri 3 milyon dollardan çox olan səkkiz Patriot raketi atıblar”. Onlar həmçinin əlavə ediblər: “Biz döyüşərkən dörd il ərzində nə etdikləri, nəyə baxdıqları bəlli deyil.”
Doğrudan da, ABŞ bütün bu müddət ərzində hara baxırmışlar? Yoxsa, onlar “varlığa nə darlıq” prinsipi ilə döyüşürlər?
