CəmiyyətŞikayət

Milyonlara başa gələn stadionun problemləri bitmək bilmir

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu ilə bağlı narazılıqlar yaranıb.

Sumqayıt sakinləri adından Yeniavaz.com-a müraciət edən Natiq Məmmədov bildirib ki, stadionda uzun illərdir isti su problemi mövcuddur və bu, sağlamlıq üçün risk yaradır:

“Əfsuslar olsun ki, artıq 4 ildir stadionda isti su yoxdur. Buraya sağlamlığını bərpa etmək üçün üz tutan yeniyetmələr və gənclər isti suyun olmaması səbəbindən xəstəlik riski ilə üzləşirlər”.

Şikayətçinin sözlərinə görə, bəzi məşqçilər problemin səbəbini stadionun su və istilik idarələrinə olan borcları ilə əlaqələndirsələr də, bu iddia doğru deyil:

“Bunun məntiqi əsası yoxdur. Çünki bu stadion büdcə təşkilatları qrupuna aid olduğundan bütün xərclər dövlət büdcəsi tərəfindən qarşılanır”.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanıb. Qurumdan ilkin olaraq bildirilib ki, məsələ barədə məlumatları yoxdur. Növbəti suallar isə cavablandırılmayıb.

Qeyd edək ki, tikintisinə milyonlarla manat xərc və illər gedən stadion 2024-ci ildə açılıb.  (Sumqayıt24)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Qadın pensiyaçılara MÜJDƏ – VİDEO

redaktor

“Həmin şeytan yuvasını dağıtmaq üçün…” — Əkrəmdən Anarın məqaləsinə REAKSİYA

admin

Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə saxlanıldı

redaktor