İran molla rejimi 4 gənc etirazıçını və içində də bu idmançı çempionu camaat önündə krandan asdı. Bu rejim hakimiyyətə gələn ilk gündən, 47 ildir ki, İran xalqını qara zülmətə salıb, qırır, asır yorulmaq bilmədən, həvəskar kimi. Belə həvəsli işinə bu gün, bombaların altında da davam edir.
Qəribədir, gündə min kərə Allah deyən ayətulla, din xadimi, ruhani olasan və Allahın bəndələrini qırıb asmağa, qana, terrora belə hökm verəsən. Görmüşük, din xadimi, ruhani mərhəmətli olar. 21-ci əsr, müasir dövr, din xadimi nədir, ölkəyə rəhbərlik nədir? Bu geriliyə dünya necə dözüb?
P. S.
Roma Papası İohan Pavel-2, dünyadakı katolik (çox böyük dini kəsim) lideri vardı. 1881-ci ildə türk Aqca Əli onu mərasimdə ağır güllələdi. Və müalicə ilə sağ qaldı. Əli Ağcaya ömürlük cəza verdilər. Papa Pavel xəstəxanadan çıxdı, getdi türməyə Əli Ağcanın yanına, söhbət etdi, onun üzrünü qəbul etdi, qucaqladı. Çıxıb elan etdi ki, onu bağışlayır və bir müddət sonra azad edildi.
