Bayırşəhərdə yerləşən bu hamam klassik Şərq hamamı tipində olan köhnə bir tikilidir. İçəridə tağlı konstruksiyalar və qalın daş divarlar var. Üst hissədə mövcud olan günbəzlər üzərindəki kiçik pəncərələr işıq və buxarın çıxması üçün edilirdi. Hamamın memarlığı hələ də orijinal vəziyyətini qismən saxlayıb. Bu xüsusiyyətlər əsasən Şərq və Qafqaz hamam memarlığına aiddir. Azərbaycanda belə hamamlar xüsusilə İçərişəhər və köhnə məhəllələrdə çox olub. Bu hamam da yerli məhəllə hamamı olub, yəni böyük ictimai hamam yox, daha çox məhəllə sakinləri üçün. Dəqiq demək çətindir, amma formaya görə böyük ehtimalla XIX əsrə aid ola bilər.
Bir qədər memarlıq xüsusiyyətinə diqqət edək
Günbəzli örtük sisteminə malikdir.
Yer səthində yalnız günbəzlərin görünməsi hamam memarlığının ən tanınan elementlərindən biridir. Günbəzlər həm konstruktiv möhkəmlik yaradır, həm də içəridəki buxarın yuxarı qalxaraq çıxmasına imkan verir.
Günbəzlərin üzərində və divarlarda yerləşən kiçik dəliklər və pəncərələr təbii işıqlandırma və havalandırma üçün istifadə olunurdu. Bu pəncərələr hamamın içində yumşaq və diffuz işıq yaradırdı.
İçəridəki tağ formalı konstruksiyalar yükü bərabər paylayır və günbəzlərin dayanıqlığını artırır. Qalın divarlar isə həm istiliyi saxlayır, həm də tikilinin uzunömürlü olmasına kömək edir.
Tarixi hamamlar adətən bir neçə hissədən ibarət olurdu: soyunmma otağl, ilıq otaq və isti otaq. Şəkillərdə görünən tağlı bölmələr bu funksional bölgünün qalıqları ola bilər.
Böyük ehtimal hamamın əsas hissəsinin yerin altında qalması səbəbi mədəni təbəqələrin qalxması ilə bağlıdır.
Şəhərlər yüzilliklər ərzində mədəni təbəqə yığılması səbəbindən yuxarı qalxır. Dağılan tikililərin, torpaq doldurulması, yeni küçələrin salınması nəticəsində köhnə tikililər getdikcə daha aşağıda qalır.





