10 C
Bakı
20 Mart 2026 02:00
GündəmMuharibə

“Rusiyanın elə bir regionu yoxdur ki, özünü təhlükəsiz hiss etsin” Serqey Şoyqu

Sergey Şoyqunun bu günlərdə Yekaterinburqda keçirilmiş toplantıdakı çıxışından bəzi fikirlər diqqətçəkicidir. Rusiyanın Təhlükəsizlik şurasının katibi açıq etiraf edib ki:

Ukraynanın pilotsuz uçuş sistemlərinin inkişafı Rusiyanın təhlükəsizlik mənzərəsini tamamilə dəyişib.

Əgər ölkənin ən uzaq dərinliyi olan Ural Ukraynanın hava zərbələrinə əlçatmaz zona idisə, indi birbaşa təhdid zonasına çevrilib.

Ukraynanın Rusiyanın hərbi, nəqliyyat və yanacaq-enerji obyektlərinə havadan zərbələri 4 dəfə artıb.

Rusiyanın elə bir regionu yoxdur ki, özünü təhlükəsiz hiss etsin.

Birini də mən əlavə edim:

“The Military Balance 2026” strateji araşdırmalar Beynəlxalq İnstitutunun dünyanın ən böyük orduları üzrə reytinq cədvəlində ilk altılıqda yer alıb – 677 000 nəfərlik şəxsi heyətlə. Bu ordunun Rusiyanın hazırladığı hücum planını pozaraq 435 km2-dən artıq ərazilərini qaytarması Rusiyanın Ukraynadakı məhdud mövcudluğunun ömrünü bir az da qısaltdı.

4 il üzdə gördüyümüz ancaq qalmaqallı, gərgin mübahisələr və müzakirələrdən ibarət danışıqlarla o qədər sürətlə keçdi ki, bir də bəlli oldu ki, Ukraynanın Rusiyanın strateji infrastrukturunu ciddi təhlükə zonalarına çevirməsini artıq Rusiyanın rəsmiləri etiraf etməyə məcburdur. Necə, hansı arada? – heyran qalmamaq olmur.

 

Arzu Qaziyeva

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Tramp demişdi axı, ağıllı olun. Putin isə qulaq asmadı

admin

Faringit yoxsa mədə reflyuksu?

redaktor

Efirləri kəsilənlərin dəhşəti – Sadəcə, utanmaq lazımdır

redaktor