Tramp Hörmüz boğazını nəzarətə götürmək üçün başqa ölkələri birliyə çağıranda deyir ki:
“Yaponiya boğazdan daşınan neftin 95%-ni, Çin 90%-ni, Cənubi Koreya isə 35%-ni, ABŞ isə cəmi 1%-ni alır. Faizi böyük olan ölkələr ilk növbədə Hörmüz boğazına nəzarətdə maraqlı olmalıdırlar”.
Tramp deyir ki:
“İran həmişə Hörmüz boğazından iqtisadi silah kimi istifadə edib”.
Ona görə də bu iqtisadi “silah” onun əlindən alınıb beynəlxalq status verilməlidir.
Tramp koalisiya çağırışlarına susan ölkələrdən ona görə küsür ki:
“Yaponiyada 45 000, Cənubi Koreyada 45 000, Almaniyada isə 55 000 əsgərimiz var: hamısını biz qoruyuruq. Sadəcə bir şey istəyirik və deyirik ki, mina təmizləmə gəmiləriniz varmı? Onlar da deyirlər ki, bizi bu müharibəyə qarışdırmasanız olar?”
