13 C
Bakı
18 Mart 2026 13:33
HadisəMuharibə

O, adi məmur deyildi, İran “gestapo”sunun rəisi idi

İran rəhbərliyində təmsil olunan iki mühüm şəxsi İsrailin qətlə yetirməsi ölkə daxilində ciddi rezonans doğurub. Bunlardan birincisi İran Ali Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani, digəri isə bir növ İran “gestaposu”nun rəisi Qulamrza Süleymanidir.

Ə.Laricani Xamneyinin ölümündən sonra dağınıq ölkəni, SEPAHı və müharibəni idarə edən şəxs idi. O həm də İranda etiraz aksiyalarının qanla yatırılmasına birbaşa rəhbərlik etmiş fiqur idi. Naxçıvana raketin məhz onun əmri ilə atılması güman edilir. Laricaninin həlak olması Əli Xamneyidən sonra İran rejimi üçün ən böyük itki sayılır.

İran “gestapo”sunun- ölkənin əsas Cəza aparatının rəhbəri Q.Süleymani də adi məmur deyildi, yüz minlərlə əsgərin lideri və ideoloqu idi. O, dissidentləin və rejimdən narazıların həbsinə və öldürülməsinə şəxsən başçılıq edirdi. İranın ən amansız cəza aparatı olan “Libasi şəxsiyyə” və 1998-ci ildən məscidlərin yanında yaradılmış işgəncə otaqları da bu cəlladın sərəncamında idi. Yanvar etirazları zamanı Q.Süleymaninin əsgərləri xüsusi qəddarlıqla davranıb.

Q.Süleymani 50 mindən artıq adama işgəncə verib, 10 mindən artıq insanı qətlə yetirib. Görünür ki, heç bir cinayıt gec-tez cəzasız qalmır…

 

Qulu Məhərrəmli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Gəncədə daha bir gəncin meyiti tapılıb

admin

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü – FOTO

admin

Rusiyada evə basqın edib, azərbaycanlının həyatına son qoydular

redaktor