DünyaSiyasət

“Heç bir HHM qüvvəsi buna kifayət etməz” – Rus general acizliklərini etiraf etdi

Rusiyanın bütün ərazisini Ukrayna ordusunun hücumlarından qorumaq mümkün deyil.

Tacxeber.comxəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulyov RTVI-yə açıqlamasında deyib: “Hər şeyi, bütün ərazini əhatə etmək mümkün deyil. Əsasən, heç bir hava hücumundan müdafiə qüvvəsi buna kifayət etməz. Rusiyanın çox böyük ərazisi var”.

Onun sözlərinə görə, ölkənin “davamlı hava hücumundan müdafiə sahəsinin olmaması səbəbindən komandanlıq infrastruktur obyektlərini – böyük şəhərləri, regional paytaxtları, eləcə də strateji aktivləri – müəssisələri, elektrik stansiyalarını, strateji körpüləri və irəliləyiş marşrutlarını seçərək əhatə etmək məcburiyyətində qalır”.

Qurulyov əlavə edib ki, ölkənin uçan hədəfləri aşkar etmək üçün “davamlı radar sahəsinə və hava hücumundan müdafiə qüvvələrinə ciddi ehtiyacı var”.

Qeyd edək ki, 2022-ci ilin fevral ayında müharibə başlayandan bəri Ukrayna qüvvələri Rusiya ərazisinə müntəzəm olaraq zərbələr endirir. Bu hücumların əsas hədəfləri yanacaq-enerji obyektləri və hərbi müəssisələrdir. 2025-ci ilin yazından bəri Ukraynanın dron buraxılışlarının tezliyi artıb və Rusiya Müdafiə Nazirliyinin hesabatlarına görə, Rusiyaya buraxılan uzunmənzilli PUA-ların sayı ayda 4300 ədədə çatıb.

Rusiya hökumətinin Ukraynanın hərbi potensialının məhv edilməsi ilə bağlı bütün iddialarına baxmayaraq, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu dünən Ukrayna qoşunlarının Rusiyanın dərinliklərinə zərbə endirmək imkanlarını kəskin şəkildə genişləndirdiyini etiraf edib: “Silahların, əsasən pilotsuz sistemlərin dinamik inkişafı və onların istifadə üsullarının mürəkkəbliyi elədir ki, Rusiyanın heç bir bölgəsi özünü təhlükəsiz hiss edə bilməz”.

Bundan əvvəl Moskvanın zenit qüvvələrinin keçmiş baş komandanı Sergey Xatılyov gecə vaxtı böyük şəhərlərdə işıqları söndürməklə Ukrayna dronlarına qarşı mübarizə aparmağı təklif etmişdi.(AzPolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu müharibənin sonu necə olacaq?

redaktor

İlin ikinci və sonuncu Ay tutulması başlayıb – YENİLƏNİB

admin

Rəisinin ölümü: Ölkədə nələr ola bilər? – Rus ekspert

redaktor