DünyaGündəmSiyasət

Bu gedişatla Ukrayna Rusiyanı sustalda bilər.

Rusiya Təhlükəsizlik Şurasının katibi, bundan əvvəl RF Müdafiə naziri olmuş general Sergey Şoyqu Yekaterinburqda keçirilən iclasda xeyli təəccüblü, görünməmiş etiraf açlqlaması edib.

Bildirib ki, bundan sonra Rusiyanın heç bir bir bölgəsi artıq təhlükəsiz ola bilməz.

“Bu yaxınlara qədər Ural bölgəmiz Ukraynanın hava hücumlarından uzaq idi, bu gün isə, Ural artıq birbaşa təhlükə zonasındadır” ,-məlimatı Rusiyanın İnterfaks xəbər agentliyi yayıb.

Onun sözlərinə görə, Ural Federal Dairəsində “strateji müdafiə sənayesi müəssisələri, enerji və kimya sənaye obyektləri, inkişaf mərhələsi səviyyəsindəki əsas neft və qaz yataqları var”.
Bildirib ki, onların sıradan çıxarılması “böyük aqlomerasiyaların fəaliyyətini destabilizə edə və təchizat zəncirlərini, o cümlədən də savaşı dəstəkləmək üçün vacib faktorları poza bilər”.

Bundan əvvəl də, güclü bomba partlayışı kimi effekti olan Ukrayna dronları Uraldan da uzaq yerləşən Tümen vilayətinə güclü hücum edib.

Yüksək RF dövlət adamı və Putinin də dostu Şoyqunun bu etiraflı açıqlamasından nə çıxır?

Əvvəla, müharibə, işğal, insan itkisi, dağıntılar altında olan Ukrayna və onun qəhrəman xalqı sınmadı, düşmədi, ayaqda qaldı. Və bununla, nəinki, müdafiə dözümlü oldu, üstəlik Rusiya dərinliklərini vura bilən silahlar istehsal etdi.

İkinci, Rusiyanın hava hücumundan müdafiə imkanı nəinki ballistik raket, heç, dronlardan belə müdafiə olunma qabiliyyətində deyil. Və demək 3 günə Kiyevi alası Rusiyanın 4 ildir ki, Donbasda ilişib qalması təsadüfi iş deyil. Bu gedişlə də, Ukrayna Rusiyanı sustalda bilər!

Şəkil: uzaq mənzilli Ukrayna “Peklo” dronları.

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

İranda “hicab qiyamı” – Yüzlərlə qadın…

admin

Vuçiç həyəcan təbili çalır: Balkanlar yenidən müharibəyə qərq ola bilər

redaktor

“Qarabağ klanı” yenidən güclənsə, sonumuz olacaq – Qukasyan

redaktor