Afrika Futbol Konfederasiyasının (AFK) Apellasiya Şurası sensasiyalı qərar qəbul edib.
Qərara əsasən, Seneqal milli komandası Afrika Millətlər Kubokunun final matçı üçün 0:3 hesablı texniki məğlubiyyət alıb. Beləliklə, AFK Afrika Millətlər Kuboku titulunu Seneqal milli komandasından alaraq Mərakeş milli komandasına verib.
Qərar finaldan iki ay sonra qəbul olunub. Buna səbəb yanvarın 18-də keçirilən həlledici oyunun sonlarında baş verən qalmaqallı epizod olub. Matçın 98-ci dəqiqəsində hakim Brahim Diasa qarşı qayda pozuntusuna görə Mərakeşin xeyrinə penalti təyin edib. Bundan sonra Seneqal futbolçuları baş məşqçi Pap Tiawun göstərişi ilə meydanı tərk ediblər.
Görüş 13 dəqiqəlik fasilədən sonra bərpa olunub və əsas vaxtda Seneqalın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin Mərakeş tərəfi dərhal etiraz edərək nəticənin ləğvini tələb edib.
Apellyasiyanı araşdıran AFK Seneqalın hərəkətlərini əsasnamənin pozuntusu kimi qiymətləndirib və texniki məğlubiyyət qərarı çıxarıb – 0:3. Beləliklə, Mərakeş rəsmi olaraq turnirin qalibi elan olunub.
Baş verənlər futbol ictimaiyyətində ciddi narazılıq yaradıb. Seneqallı azarkeşlər və bəzi futbolçular sosial şəbəkələrdə qərarı sərt tənqid ediblər. (Qol.az)
