DünyaSiyasət

“İrana qarşı əməliyyat tezliklə başa çatacaq, amma bu həftə yox” – Tramp

Prezident Donald Tramp ABŞ və İsrailin İrana qarşı əməliyyatının bu həftə yox, amma tezliklə başa çatacağını bildirib.

Tacxeber.com xəbər verir ki, bu açıqlamanı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən verib.

“Düşünmürəm. Amma bu tezliklə olacaq”, – Amerika lideri İrana qarşı hərbi kampaniyanın bu həftə mümkün yekunlaşması ilə bağlı suala şərhində bildirib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyan edib. (Report)

 

Tacxeber.com

Oxşar xəbərlər

Qarabağda ermənilər təcili yardım maşınından hərbi məqsədlər üçün istifadə ediblər – Video

redaktor

Mandatlı oliqarxın biznesi: Xanlar Fətiyev Gəncədən Madridə uzanan “imperiya”nı necə qurub? – FOTOLAR

admin

Kəmaləddin Qafarovun rəsmi saytından xəbəri var? – Hüseynbala Mirələmov hələ də deputat, Ramiz Göyüşov isə…

redaktor