1994-cü ildə Azərbaycanda 1 milyon 250,9 min təqaüdçü var idi, 30 ildən sonra, 2026-cı ilin yanvarın ayının 1-nə təqaüdçülərin sayı 1 milyon 98,9 min nəfər qədər azalıb.
Təqaüdçülərin sayı ilbəil azaılır, pararlel olaraq da ölkədə doğuş sayı da kəskin azalır – ölkəmiz üçün ciddi problemlər yaranır, bu gün addımlar atılmasa, sabah gec olacaq.
Təqaüdçülər üçün ən vacib məsələlərdən biri ömür boyu işləyib, çalışıb DSMF-yə topladıqları vəsaitə çıxışının olmamasıdır. Sayları da azalır, bu boşluq mütləq aradan qaldırılmalıdır, bu gün penseya kapitalının həddi 46080 manatdır. Bunun özü də çoxdur, amma, insanlar var ki, 100-150 min pensiya kapitalları var, amma, həmin vəsait onlar üçün əlçatan deyil. Allah uzaq eləsin, təqüd yaşına çatmadan dünyasını dəyişənlər var, sayları çoxdur – onların varisləri niyə həmin vəsaiti ala bilməsin ki?! Və ya, tutalım, 40 yaşında bir insan işləyib, DSMF-yə, tutalım, 30 min manat yığıb. Amma, həyatdı, dünyasını dəyişir, o pulun aqibəti nə olur?! Bəlkə elə övladına çatsın, bəlkə övladının, məsələn, təhsil haqqını, və ya, övladı ipotekanı o vəsaitdən ödəmək hüququ yaransın?! Niyə olmaz ki bu?!
Xülasə, hökumət çıxıb aydın deməlidir – DSMF-yə yığılan vəsait vətəndaşındır, ya yox?! Bu vətəndaşın yığımdır, ya vergisi?!
