19 C
Bakı
28 Sentyabr 2026 05:32
CəmiyyətDünyaHadisə

İrandakı müharibə Hindistanda krematoriyalarla bağlı problemlərə səbəb olub.

Hindistanda krematoriyalar Yaxın Şərqdəki gərginlik fonunda yanacaq təchizatı problemləri səbəbindən fəaliyyətlərində qazdan istifadəni dayandırıblar.

Bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti yazır.

Məqalədə deyilir ki, “ABŞ və İsrailin İrana qarşı müharibəsi dünyada enerji təchizatını pozub… Hindistanda krematoriyalar cəsədləri yandırmaq üçün qazdan istifadəni dayandırıb, restoranlar isə yeməkləri qızartmağı dayandırıblar”.

Krematoriyalar artıq qaz sobalarından elektrik sobalarına keçmək məcburiyyətində qalıb və hakimiyyət orqanları iaşə müəssisələrinə kömür, odun və kerosin istifadə etməyə icazə verib.

Bundan əlavə, FT-yə görə, digər ölkələr də enerji çatışmazlığı səbəbindən çətinliklərlə üzləşirlər. Məsələn, Pakistanda dövlət işçiləri dörd günlük iş həftəsinə keçirilib, Banqladeşdə isə universitetlər bağlanıb və imtahanlar ləğv edilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

İki qardaş arasına nifaq salmaq asan deyildir…

redaktor

Türkiyə türk dövlətlərini fəlakətli məcarəpərəstliyə sürükləyir

redaktor

Rus terroru davam edir

redaktor