İranın yeni Ali Lideri Müctəba Xamenei gizli şəkildə Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb. Küveytin “Əl-Cəridə” qəzetinin məlumatına görə, Xamenei Rusiyada müalicə alır.
Nəşrin məlumatına görə, təxliyə M.Xamneyinin yaralanmasından sonra gizli əməliyyatın bir hissəsi kimi həyata keçirilib.
Məlumata görə, İran lideri Rusiya prezidentinin iqamətgahındakı klinikalardan birində “uğurla əməliyyat olunub”.
Nəşr qeyd edir ki, “Bombalanma və hava hücumları zamanı müalicəsi mümkün olmadığı üçün onun İrandan təxliyə edilməsinə qərar verilib”.
