ABŞ, İsrail-İran rejimi müharibəsinin 15 günü, yarım ayı keçdi. Fb qaydasına uyğun, yığcam şəkildə bu qısa müddətdə, bu müharibə ətrafı nələr olduğu və sonra ola biləcəyindən yazaq.
Birinci mərhələ.
28 fevral 2026-dək müharibə öncəsi dövr ABŞ İran rejiminin öz minlərlə etirazçısını qətlindən sonra, bu rejimin həqiqətən terror xüsusiyyətli olduğunu yəqin edib, ona qarşı şərtlər qoydu:
– Uran zənginləşdirməni tamamilə dayandır və zənginləşdirdiyin 620 kq uranı ABŞ-a təhvil ver.
– Qonşuları və uzağı vura biləcək, çoxlu sayda malik olduğun ballistik raket arsenalını ləğv et.
İran, ABŞ-la 3 dəfəlik danışıqlarda şərtlərdən imtina etdi, ABŞ-a öz şərtlərini irəli sürdü və ona edilən, dəfələrcə xəbərdarlığı heçə saydı.
Nəticədə, ABŞ və İsrail müharibəyə başladı və ilk gündə İran Ali dini və dövlət liderini və xeyli də ordu və xidmət rəhbəri generalını havadan raket zərbələri ilə vurub öldürdü, həm də xeyli havadan müdafiə sistemi, bazaları məhv etdi.
İkinci mərhələ.
İran Ali rəhbəri öldürülən kimi, rəhbər ətrafında birləşən elitar tərəflər arasında hərbiləşdirilmiş xüsusi xidmət, dövlət içində dövlət olan SEPAH təşkilatı, dini və həm inzibati-prezident elitasını kənar qoyub, faktiki hakimiyyəti ələ aldı.Tez də öz sevimlisi, öldürülmüş rəhbər Əli Xameneinin oğlunu, əvvəl SEPAH sıralarında olan Möctəba Xameneini təsirlə yeni İran rəhbəri elan etdirdi.
Bundan sonra, İran rejiminin dünyada terrorçu təşkilat elan edilmiş SEPAH mahiyyətli radikal çıxışları, hətta hədə qorxu və hətta, hərəkətləri başlandı, ABŞ-a, qonşu ərəb və digər dövlətlərə qarşı. SEPAH İranı sanki “gəl dalaşaq!” deyərək, artıq, rejimin dəyişdirilməsi vacibliyini yaratdı!
Bu halda, Tramp yeni İran-SEPAH rejimi ilə heç bir danışıq baş tutmayacağını görüb, çox sərt hücum əmri verdi. İranın bütün raket bazaları, hərbi obyektləri, hərbi strateji infrastrukturu və inzibati binaları bölgəyə yenicı gətirilmiş, B-1 ağır bombardman təyyarələrlə şiddətli vuruldu.
Bu dəfə İranın xeyli dini, siyasi və həm inzibati rəhbərliyi vuruldu. Təbii ki, SEPAH da, əlindəki raket və dronlardan istifadə ilə İsrail və qonşu ölkələrə, Hörmüz Boğazındakı tankerlərə atdı. Və İran tərəfin havadan müdafiə sistemi bitdi, intensiv atışdan və raket bazaları məhvindən sonra hərbi-texniki imkanları artıq taqətsizdir. Artıq, Tramp rədd edir, İran tərəflə danışıqları.
Üçüncü (sonrakı) mərhələ.
İran rejiminin xeyli hərbi canlı və az da texniki müqavimət qüvvəsi qalır. Və havadan vurulası elə bir obyekt də qalmır. Ancaq ki, hakim rejim yerindədir, ölkəni əlində saxlayıb, devrilməmiş qalır. Və bu yerdə Tramp qarşısında 2 yol qalır:
1. Müharibə bitdi, İranın bütün hərbi obyektləri, infrastrukturunu, uran, nüvə silahı imkanlarını 15-20 illik məhv etməklə proqramımızı yerinə yetirdik deyib, ötən dəfəki kimi çəkilib getmək.
Bu hal, nədə olsa, ABŞ-ın uduzması görünər və körfəz ərəb dövlətləri, bütün dünya qarşısında nüfuzunu sarsıdar. Rusiya və Çinə irəli çixmaq şansı yaradaraq, Ukraynanın mücadiləsinə də mənfi təsir edər. Qərbi 3-cü dünyada heç edər. İran rejimi isə, bunu qələbə kimi, bayram edib, daha da radikallaşıb, regionda sərt at oynadar. Və az müddətdə ABŞ məcburən savaşa dönər.
2. Müharibə bitmədi, İranın rejimini devirməyə davam. Bu halda, İrana quru qoşunlar yeritmə mütləqliyi yaranır. Bunun üçün yəqin ki, ABŞ-a digər dövlətlərlə birgə koalisiya lazım olacaq. Ona görə yox ki, özü bacarmaz, o səbəb ilə ki, dünya gözündə işğalçı kimi görünməməsi, bir sıra ölkələrin siyasi hərbi həmrəyliyi fonunda.
Axırda Tramp özü təəssüflə bəyan etdi ki, yeni İran rəhbırliyi bu radikal mövqeyilə, bizi geriyə dönüşsüz nöqtəyə (точка невозврата) gətirib çıxartdı. Məcburuq hücum edək, və belə halda ola bilsin İranın xəritəsi (parçalanma) dəyişsin.
İrana quru qoşun tətbiqi necə ola bilər?
İlkin olaraq, Hörmüz boğazında İrana məxsus, sahildən 30 km aralıda yerləşən, İran üçün çox iqtisadi və hərbi əhəmiyyətli platforma olan və onun 90% neftinin yüklənib paylanma qovşağı Hark adasını tutmaq. Adanın artıq, bütün hava hücumundan müdafiə İran hərbi qurğuları tam məhv edilib. Qalır oradakı İran hərbi hissələrini döyüşlə çıxarmaq. Və artıq, ABŞ xüsusi 10 min çevik hərbi dəniz qüvvələri bu bölgəyə gətirilib. Güman etmək olar ki, yaxın günlər məlum olar.
Bundan sonra isə, yəqin ki, ABŞ quru qüvvələri (ola bilsin ki koalisiya ilə) Hörmöz boğazı, İran cənub hissəsi sahildə yerləşib, sahil boyu 1000 km. uzanan, paytaxt Bəndər-Abbas şəhəri olan, sonrakı hücumlar üçün də, strateji əlverişli ilkin platforma olan Hörmözqan vilayətini götürmək cəhdini edər. Sonra isə, Havadan SEPAH qoşun qüvvələrini sərt slflrlama və yerli antirejim xalq qüvvələri ilə birlikdə də irəliləməklə. Və daha bir cəbhə yəqin ki, İranın cənub qərb tərəfində kürd hazırlıqlı silahlı qruplar tərəfdən açılar… Kürdlər hücumunu görən və yəqin ki, o anlarda, Türkiyə ərazisinə yeni və daha dağıdıcı raketlər atılışını əsas tutacaq Türkiyə rəhbərliyi öz təhlükəsizliyi və həm, Azərbaycan türklərinin təhlükəsizlyini nəzərə alaraq İranın Şərqi və Qərbi Azərbaycan ərazisinə qoşununu yeridə bilər. Təbii ki, NATO müttəfiqi ABŞ-la da, qarşılıqlı razılaşma əsaslı. Pakistan, Belucistan vilayəti tərəfdən də həmlə ola bilər. Və İran rejimi yıxılması qaçılmaz olar.
Rejimin yıxıldığı nəticədə nə ola bilər?
A) Ərazisi bütöv İran demokratik, sivil, müasir dövləti yarana bilər. Bu yaxşı variant olar bütün İran xalqı üçün. Yaranan demokratik, müasir və sivil dövlətdə isə, oradakı türk milli çoxluğunun uyğun hüquq və azadlıqları bərpa olunar, farslar və digər xalqlar da molla rejim zülmündən azad olunduğu kimi. Hüquqi demokratik dövlətdə də, bütün milli etnik xalqlar bərabərhüquqlu qardaş kimi yaşayar. İran inkişaflı, möhkəm dövlət olar.
B) Ola da bilsin, İran bir neçə hissəyə bölünüb parçalansın, keçmiş Yuqoslaviya kimi. Əgər ki, azərbaycan türkləri, kürdlər, belucların savaşda və rejimin yıxılmasındakı aktiv, həlledici iştirakı olarsa. Xeyli mürəkkəb məsələdir… Ancaq, hər halda, bu, İran molla rejimi və onun cinayətkar ətrafından başqa hamı üçün yaxşı olar ki, İran zülm rejimi devrilər. Və qonşu ölkələr üçün də.

P. S.
Bu yazdıqlarım mütləq deyil, mülahizə xarakter və təxminli, qonşu İrana xoş arzu proqnozludur. Tale onsuz da öz bildiyini edir. Nə edəcəksə və nə olacaqsa, İran xalqı və Region üçün xeyrlisi!
