25 C
Bakı
30 Sentyabr 2026 13:35
DünyaGündəmSiyasət

HƏMAS-dan İrana tərs reaksiya

İrana gözləmədiyi cavab HƏMAS-dan gəldi.

HƏMAS şənbə günü (bu gün) verdiyi bəyanatda İranı qonşu ölkələri hədəf almaqdan çəkinməyə çağıraraq bildirib: “İran İslam Respublikasının qarşı-qarşıya olduğu təcavüzə beynəlxalq normalar və hüquq çərçivəsində bütün mövcud vasitələrlə cavab vermək hüququnu təsdiqləsək də, İrandakı qardaşlarımızı qonşu ölkələri hədəf almaqdan çəkinməyə çağırırıq”.

Qeyd edim ki, HƏMAS İranın dəstəklədiyi yeganə sünni təşkilatıdır. Təxminlərə görə, təşkilatın 7 oktyabr 2023-cü ildə başlatdığı və İsrailin ağır zərbələri ilə nəticələnən “Əl-Əqsa Tufanı” İranın təşviqi ilə həyata keçirilmişdi. İranın bütün dəstəklərinə baxmayaraq, HƏMAS-ın faktiki olaraq onun hərbi əməliyyatlarına tənqidi yanaşması “Əl-Əqsa Tufanı”ndan o qədər də məmnun qalmadıqlarının göstəricisi ola bilər.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyalı pilot və ukraynalı ikinci pilot Flydubai reysində dava etdilər: nə məlumdur?

redaktor

Moskvanın Yeni Planı: Rusiya Ukraynanın daxilində ikinci cəbhə açır

redaktor

Əvəzin son baxışları….

redaktor