GündəmQalmaqalSiyasət

Növbəti deputat yalanı

Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov iddia edib ki, 2020-ci ildə səhiyyə xərcləri 8 milyon manat olub. Deputat qeyd edib ki, 2026-cı ildə səhiyyə xərcləri 2 milyard manata çatdırılacaq: “Müqayisə üçün deyim ki, 5 il bundan öncə (2020-ci il) bu xərclər 8 milyon təşkil edirdi. Əminəm ki, gələcəkdə bütün səhiyyə xidmətləri icbari tibbi sığortaya cəlb ediləcək”, – deyə depuat bildirib.

Tacxeber.com xəbər verir ki, “Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Azərbaycanda səhiyyə sahəsinə ayrılan xərclər 2023-cü ilə qədər dövlət büdcəsindən maliyyələşib. 2023-cü ildə İcbari Tibbi Sığorta fondu yaradılandan sonra səhiyyə sahəsinə həm də bu fonddan maliyyə ayrılıb.

2020-ci ildə dövlət büdcəsindən səhiyyə sahəsinə 1 milyard 687 milyon manat vəsait ayrılıb. 2020-ci ildə səhiyyə xərclərinə ayrılan vəsait 8 milyon deyil, 1,7 milyard manat olub .

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Əhliman Əmiraslanovun iddiası yanlışdır.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Rusiyanın süqutunu qaçılmaz edən beş şərt

redaktor

Dərin Amerikanın dərin üzü Bernard Barux….

redaktor

Baş Prokurorluğun idarə rəisi: “Son illərdə qəsdən adam öldürmə halları artmayıb.”

admin