Qəribə hadisələr baş verir… İnternet itir… Rabitə kəsilir… Telegram bloklanır… Bəzi generallar həbs olunur, bəziləri müəmmalı şəkildə pəncərələrdən “yıxılır”. Bu, sadəcə təhlükəsizlik tədbiridirmi? Yoxsa hakimiyyət daxilində görünməyən mübarizənin əlamətləridir?
Uzun müharibələr təkcə cəbhələri deyil, paytaxtların əsəblərini də çeynəyir. Elitalar arasında etimad zəiflədikcə dövlət aparatının dili sərtləşir, köhnə imperiya refleksləri – şübhə və loyal olanları “təmizləmək” yenidən aktuallaşır. Rusiya tarixi göstərir ki, Kreml zəifləyəndə özünü bu yolla qorumağı çalışır. Amma eyni tarix başqa bir həqiqəti də pıçıldayır: hakimiyyətin içində qorxu artanda sistem daha da sərtləşir. Lakin sərtləşdikcə daha kövrək, daha qırılqan hala gəlir…
Moskvanın bugünkü səssizliyi bəlkə də sadəcə bir təhlükəsizlik refleksidir. Bəlkə də böyük siyasi zəlzələ öncəsi yaranan o tanış imperiya sükutudur…