MuharibəSiyasət

Moskva Tehrana ABŞ hərbi bazalarının yerlərini ötürdüyü bildirilir amma Stiv Vitkov buna inanmır

CNN bildirir ki, Rusiya İrana “Şahed” pilotsuz uçuş aparatlarından istifadə taktikasını öyrədir.

Rusiya Ukrayna müharibəsində qazandığı təcrübəni İranla bölüşür. Söhbət yalnız kəşfiyyat məlumatlarının ötürülməsindən getmir, həm də pilotsuz aparatlardan istifadənin konkret taktiki tövsiyələrindən gedir.

İran “Şahed”lərinin Fars körfəzi ölkələrinin HHM sistemlərini “gözlənilmədən uğurla” yarması faktı təsadüf deyil.

Daha öncə, Moskvanın Tehrana bu ölkələrdəki ABŞ hərbi bazalarının yerlərini də dəqiqliklə ötürdüyü bildirilirdi.

Qəribədir ki, Trampın nümayəndəsi Stiv Vitkov buna inanmır, o, jurnalistin “sizcə, ruslar kəşfiyyat məlumatlarını İrana ötürüblərmi? Əgər belədirsə, o zaman nə üçün Rusiyaya qarşı neft sanksiyalarını yumşaldırıq?” sualına cavabında deyib ki, o, Putinlə telefon danışığında bu sualı ona verib, lakin qarşı tərəf iddianı rədd edib: “Mən kəşfiyyat zabiti deyiləm, ona görə dəqiq deyə bilmərəm. Ona görə bu sualı kəşfiyyata verin. Amma rusların sözünə inanmaq olar”.

Sən demə, hətta kürəkən Cared Kuşnerlə birlikdə Dmitriy Uşakovu da sorğu-suala çəkiblərmiş, o, da rəhbərinin dediyini təkrarlayıb: biz Tehrana heç bir kəşfiyyat məlumatı-zad ötürməmişik”.

Trampın İran müharibəsinin məntiqini anlamaq olar, amma onun nümayəndələrinin sadəlövhlüyünün məntiqini anlamaq olmur. Biri dostudur, digəri kürəkəni, hər ikisi biznesmen, amma heç bir halda nə siyasətçi, nə də diplomat deyillər. Bunca qeyri-peşəkar, qeyri-ciddi adamların dövlət idarəçiliyinə gətirilməsi, danışıqlara göndərilməsi nəticədə öz kəşfiyyat strukturunu kölgələyəcək fiaskodur.

 

Arzu Qaziyeva

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Azay Quliyev: “DTX-nın İran casuslarını ifşa etməsi ciddi uğurdur”

redaktor

Xanbalıqdan Xankəndinə – Qarabağın mərkəzi şəhəri Pekinin adını daşıyır

redaktor

BMT Təhlükəsizlik Şurası İrana qarşı qətnamə qəbul edib.

admin