DigərDünyaSiyasət

BMT Təhlükəsizlik Şurası İrana qarşı qətnamə qəbul edib.

Bəhreynin təqdim etdiyi 2817 saylı qətnamədə İranın Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı, Qatar, Oman, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyaya hücumları qətiyyətlə qınanır, bu ölkələrin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə dəstək verilir.

Sənəddə xüsusilə yaşayış məntəqələrinə və mülki hədəflərə İranın hücumları pislənərək Tehrandan bunlara dərhal son qoyması, dəniz ticarətinə mane olmağa yönəlmiş hədə və təxribatları dayandırması, eləcə də bölgədəki proksi qruplara dəstəyini kəsməsi tələb olunur.
Qətnamə 5‐i daimi, 15 üzvdən ibarət TŞ‐də 13 səslə qəbul edilib. Rusiya və Çin qətnamənin birtərəfli hazırlandığını bildirsələr də, veto hüquqlarından istifadə etməyərək sənədin qəbuluna əngəl olmayıblar. Rusiyanın təqdim etdiyi qətnamə layihəsi isə 4 səs toplayaraq rədd edilib.
Aydındır ki, bu qətnamənin qəbulu ilə real olaraq nəsə dəyişmir. (BMT öz nüfuzunu və qlobal proseslərə təsirini çoxdan itirib). Amma sənədin siyasi əhəmiyyətindən danışmaq lazımdırsa, ilk növbədə onu qeyd etmək olar ki, İranın bölgə ölkələrinə hücumları özünümüdafiə hüququ kimi qiymətləndirilə bilməz. Tam əksinə, bu sənədə əsasən hücuma məruz qaldığı bildirilən ölkələrin, cavab haqqı da daxil olmaqla, özünümüdafiə hüququ yaranır. Digər tərəfdən, TŞ‐də ortaya çıxan mənzərə İranın diplomatik müstəvidə təkləndiyini, Çin və Rusiyanın ərəb dünyası ilə münasibətlərə həssaslıqla yanaşdığını ortaya qoyur.

Sual yarana bilər ki, ilk olaraq İran özü hücuma məruz qaldığı halda BMT TŞ səviyyəsində məhz İranın beynəlxalq hüququ pozan tərəf kimi rəsmən elan olunması ədalətsizlik deyilmi? Ola bilər, amma beynəlxalq hüquq bəzən belə işləyir.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Səlcuk Bayraktar dünyanın ən zənginləri siyahısında

redaktor

ABŞ-dan İsrailə cavab: Bu dövlət qurulmalıdır

admin

General Rusiyanı məğlub etməyin YEGANƏ YOLUNU açıqladı

redaktor