10 C
Bakı
11 Mart 2026 15:55
İdmanQalmaqal

“Sabah” və “Qarabağ”ın məşqçilərinə sərt cəza

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İclasda Misli Premyer Liqasının 22 və 23-cü turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

Komitə 22-ci turun “Qarabağ” – “Sabah” oyunundakı qalmaqal və hadisələrlə bağlı qərarlarını da açıqlayıb.

Görüşdə “Sabah”ın məşqçisi Valerio Zuddas rəqib ehtiyat skamyaya qeyri-etik jest etdiyinə görə 7 oyunluq cəzalandırılıb, klubu 15000 manat cərimə edilib.

Qərarda qeyd edilib ki, eyni matçda “Qarabağ”ın məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağızadə kütləvi davada iştirak etdiyinə görə hər biri 6 oyunluq cəza alıb, Ağdam təmsilçisi ümumən 12 min manat cərimələnib.

Əlavə edək ki, daha əvvəl AFFA İntizam Komitəsi bu məsələyə dair heç bir qərar verməmiş, yalnlz məsələdə mediada gündəmə gətirildikdən sonra komitə qərara yenidən baxılacağını açıqlamışdı. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Sahib Kərimli: Tofiq Yaqublunun həbs sifarişini Əli Kərimli verib – ŞOK İTTİHAM

admin

Formula 2-də qalmaqal: Bakıda sürücülərə şok cəza

redaktor

Azərbaycan millisi Ukraynaya qarşı

admin