Son günlər ərzində ABŞ-da ziddiyyətli bəyanatlar səslənir və bu bəyanatları düzgün oxumaq üçün daxili siyasi konyuktur barədə müəyyən məlumatlarla tanış olmağımız vacibdir.
Tramp son günlərdə dəfələrlə “müharibə sona çatır” ifadəsini işlədib, bu həqiqətdirmi?
Respublikaçı partiyasında İran məsələsilə bağlı çox ciddi parçalanma yaşanır, izolyasionistlər(təcridçilər qanadı: Taker Karlson, İlon Mask, M.T. Qrin, Stiv Bennon, C.D. Vens və s) kəskin etiraz edirlər, neokonservatorlar(Rubio, Nikki Heyli, Bolton, Pompeo, Ted Kruz, Lindsi Qrem) isə birmənalı dəstəkləyirlər.
Tramp bu 2 qanad arasında “dans” etmək məcburiyyətindədir və bu gün faktiki olaraq neokonservatorların istədiyini etsə də, izolyasionistləri heç olmasa quru bəyanatlarlarla ümidləndirir(yəni “sona az qalıb, səbrli olun”).
Tramp 1973-cü ilin “War Powers Resolution” qanununa söykənərək, hərbi əməliyyat aparır, bu qanun isə ona 90 gün müddət verir. ABŞ-ın yetərincə hərbi resursları var ki, İranın hərbi infrastrukturunu sıfırlasın, amma bunu üçün müəyyən müddət lazımdır. 90 gün yetərincə müddətdir.
Sonra
Son günlərlə ABŞ-da quru hərbi əməliyyatın müzakirə olunması barədə məlumat yayılıb.
Söhbət, amerikalıların Fars körfəzində yerləşən Xarg adasının ələ keçirilməsindən gedir. Xarg adası İranın əsas neft terminalıdır və neft ixracının nə az, nə çox 90%(!!!) məhz bu terminaldan keçir.
Amerikalılar Xarg adasını ələ keçirsələr, İran faktiki olaraq neft ixracı imkanları itirmiş olacaq.
Nəzərə alsaq ki, İran neftinin 80-90%-ni Çin alır, Xarg adasının amerikalıların nəzarətinə keçməsi məhz Çin üçün çox ağır zərbə olacaq.
Və ümumiyyətlə bu müharibə ətrafında gedən müzakirələr zamanı tez-tez “İsrail sürüklədi”, “İsrail diktə edir” və s. kimi fikirlər eşidirik bu fikirlər həqiqəti əks etdirmir. Niyə?
Yenidən ABŞ daxili siyasi həyatına baş çəkək. ABŞ siyasətini silkələyən son hadisə Ali Məhkəmənin Trampa tariflərin(gömrük rüsumların) tətbiqi qadası oldu. Tramp üçün tariflər xarici siyasətdə əsas təzyiq rıçaqı idi və Ali Məhkəmənin qərarı Trampı “kartsız” qoydu.
Trampın apreldə Çinə səfəri gözlənilir, əlində isə “no kart”(kart yoxdur), İran, Çinlə danışıqlarda Tramp üçün çox güclü və təsirli “kart” ola bilərdi.
