19 C
Bakı
28 Sentyabr 2026 05:31
DünyaSiyasət

ABŞ dünyaya total nəzarət etməkdən vaz keçib.

İran ətrafında münaqişə martın sonuna qədər bitməlidir – martın sonu, aprelin əvvəli Tramp Çinə gedir, özünü qalib elan edib, gedəcək.

Qalib elan etmək çətin deyil, amma əsas hədəf Hürmüz boğazına nəzarət etməkdir. Çox güman, anlaşma məhz boğazla bağlı olacaq, adı bəlkə də, “Yaxın Şərqdə sülh naminə Tramp adına tanker yolu”, olacaq.

ABŞ dünyaya total nəzarət etməkdən vaz keçib, əsas hədəf Amerika yarımkürəsinə tam, dünyanın əsas logistik yollarına isə “bloklayıcı səs” prinsipi ilə nəzarət etmək stratigiyasıdır.

Taktikası zəif ola bilər, amma strateji hədəfləri çox praqmatıkdir

ABŞ-ın istəkləri iyrənc, addımları qanunsuz, digər ölkələr və xalqlar üçün qəbuledilməz ola bilər, amma sırf öz maraqlara uyğundur. Dünyanın enerji və logistika xəriitəsinə hakim olmaq, elə dünyaya hakim olmaq deməkdir, 80 ildir bu ABŞ-a maddi olaraq çox baha gəlirdi, indi daha ucuz, amma hüquqi olaraq köntöy yolunu tapıb, bəli, yolunu, “yol” sözünün həm də hərfi mənasında…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

İki qardaş arasına nifaq salmaq asan deyildir…

redaktor

Türkiyə türk dövlətlərini fəlakətli məcarəpərəstliyə sürükləyir

redaktor

Rus terroru davam edir

redaktor