Ağır müharibə içində olan İran ilə Azərbaycanın münasibətlərinin hazırkı durumu barədə qısaca və sadəcə olaraq, əsasən nəyi qeyd etmək olar?
İran rejimi əvvəl, ABŞ ilə konstruktiv danışıqlar, şərtlərdən boyun qaçırdı. Nəticədə ABŞ İsraillə birgə İrana hücum etdi və ağır zərbəli müharibə başlatdı. İran isə imkanıca müqavimət göstərir.
Arada, müharibənin qızğın çətin vaxtı, İran tərəf Türkiyəyə raket, az sonra Azərbaycan ərazisinə dron atdı. Türkiyə və sonra da Azərbaycan belə haqsız və vicdansız addıma görə İrana çox sərt etiraz bildirdilər. Azərbaycan tərəfi üstəlik İrana qarşı diplomatik-hərbi ehtiyat tədbirlərini gördü.
Bundan sonra, İranın prezidenti İran dövlətinin adından üzr istədi. Üstəlik Bakıya, Azərbaycan prezidentinə zəng edib, səhvin üstündən keçib münasibətlərin qaydaya qoyulması jestini etdi. Azərbaycan da bu jesti qəbul edib, İrana yönlü diplomatik və humanitar və sairə jestlərini etdi.
Bununla, Azərbaycan, onun İran və Yaxın Şərq regionunda gedən böyük ağır savaşli konfliktə cəlb olunma təxribatına uymadı. İran tərəfinin də Azərbaycana qarşı rəzil şübhələrini dağıtdı. İrana göstərdi ki: ABŞ, İsraillə davanda neytral, sülh tərəfliyəm, get, onlarla problemini həll et!
İndi qalır, Azərbaycanın bu cür məramlı jestinə İran tərəf görək nə vicdan, mərifət göstərəcək? Özü də, əlavə tərəflərlə əlavə konfliktin ona heç lazım olmadığı, böyük güclərlə çətin savaşlı anı.
Savaş isə daha da böyüyə bilər, əsas da SEPAH İrana yeni ali rəhbərin gəlişi ilə, mövqeyini daha xeyli gücləndirən kimi, ABŞ-a qarşı sərt meydan oxumağa başlatdığı üçün!! Xatası bizdən uzaq!
