DünyaSiyasət

Tramp müharibəni bitirir?

“CBS News”un müxbiri Veycia Cianqın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla müharibə “demək olar ki, başa çatıb” və Vaşinqtonun əvvəlcədən proqnozlaşdırdığı 4–5 həftəlik müddətin çoxu geridə qalıb.

Cianq X hesabında yazıb ki, Tramp telefon müsahibəsində ona belə deyib:
“Düşünürəm ki, müharibə demək olar ki, bitib. Onların donanması yoxdur, rabitələri yoxdur, hava qüvvələri yoxdur”.
Cianq həmçinin qeyd edib ki, Tramp İranın yeni dini lideri hesab edilən Müctəba Xamenei barədə danışarkən belə deyib:
“Ona çatdıracağım heç bir mesaj yoxdur”.

Bununla yanaşı, Tramp Xameneinin yerinə keçə biləcək başqa bir namizəd barədə düşündüyünü də bildirib.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Kuba ABŞ bayrağı altında üzən qayığın əraziyə daxil olduğunu iddia edir

redaktor

İran televiziyasında Qarabağ Ermənistan torpağı kimi təqdim edildi – VİDEO

redaktor

Putin ABŞ-ın Avropa ilə məsləhətləşmələrdən sonra Ukrayna ilə bağlı mövqeyində dəyişiklik etməsini “zəiflik” adlandırıb

redaktor