DigərSiyasət

Sevir də bizim deputatlar yalan danışmağı

Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc iddia edib ki, Türkiyədə daxili qoşunların şəxsi heyətinin sayı 50 min nəfərdir: “Daxili qoşunların şəxsi heyətinin sayı qardaş Türkiyədə 50,000 nəfər, əhalinin 100,000 nəfərinə 59 nəfər düşdüyünü görürük.”

Tacxeber.com xəbər verir ki, “Fakt Yoxla” deputatın iddiasının doğru olub-olmadığını yoxlayıb.
Türkiyədə Daxili İşlər Nazirliyi tabeliyində fəaliyyət göstərən qoşunlar olan Jandarma qüvvələri Osmanlı İmperiyası dönəmindən müxtəlif adlar altında formalaşıb və 1923-cü ildə Türkiyə Respublikasının qurulmasından sonra bu günkü halını almışdır.
Türkiyə Maliyyə Məhkəməsinin (Sayıştay Başkanlığı) 2023-cü il (ən son məlumat) hesabatına görə, Jandarma qüvvələrinin 198.317 nəfər əməkdaşı var. Bu isə 85 milyon 664 min nəfər əhalisi olan Türkiyədə əhalinin hər 100 min nəfərinə təxminən 231 əməkdaş deməkdir.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Zahid Orucun iddiası yanlışdır.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Zelenskinin fərmanı gülüş mənbəyi oldu

redaktor

Niderland və Belçika gəmilərini Ukraynaya verib

redaktor

“Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı…” – Akif Əlizadə

redaktor