Məşhur bir Twitter influenseri dünən paylaşdığı analizdə, ABŞ və İsrailin Çinin ən böyük enerji tərəfdaşlarından birini bombaladığı bir vaxtda Pekinin strateji sükutunu belə şərh edib:
Hər kəs heyrət içində soruşur: “Pekin haradadır?”, “Çin niyə müdaxilə etmir?” Cavab o qədər sadə və sarsıdıcıdır ki, əksər analitiklər bunu tamamilə nəzərdən qaçırırlar: İmperiya (ABŞ) özünü canlı-canlı yeyir, Çin isə artıq onun yerini tutacaq sistemi qurur.
Amerika indicə İsrail naminə bütün Yaxın Şərqi müharibəyə sürüklədi. İndi Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Qətər ABŞ banklarındakı aktivlərini və öhdəliklərini nəzərdən keçirir, çıxış yollarını müzakirə edirlər. Fars körfəzi dövlətləri 1974-cü ildən bəri dolları dünyanın ehtiyat valyutası statusunda saxlayan “petrodollar” sisteminin birbaşa təməlidir. Və hazırda bu təməl sarsılır; bu dövlətlər aktiv şəkildə sistemdən çıxmağı müzakirə edirlər. Pekinin qışqırmasına ehtiyac daxil deyil, sadəcə qapını açıq saxlaması kifayətdir.
Bu proses bir gecədə başlamayıb: Çin son iyirmi ilini ‘alternativ dünya’ qurmağa sərf edib. Sözün əsl mənasında. “Bir kəmər, bir yol” təşəbbüsü 150 ölkəni səssizcə Çin infrastrukturuna bağladı: limanlar, dəmir yolları, magistral yollar, fiber-optik kabellər, enerji şəbəkələri… Qərb mediası bunu çətinliklə işıqlandırdığı halda, Səudiyyə Ərəbistanı 2023-cü ildə Çinə yuan qarşılığında neft satmağı sınaqdan keçirməyə başladı. Təkcə bu fakt bir ay boyu qəzetlərin ilk səhifəsində manşet olmalı idi.
BRİKS bu yaxınlarda genişlənərək Səudiyyə Ərəbistanı, BƏƏ və İranı eyni bloka daxil etdi. Çinin CIPS sistemi SWIFT-ə alternativ olaraq hazırdır; bu isə o deməkdir ki, qeyri-Qərb dünyası dollara heç toxunmadan ticarət edə bilər. Bu, maliyyə nüvə bombasından fərqlənmir.
Və bir də Afrika həqiqəti var. Dünyanın ən gənc qitəsi; orta yaş həddi 19-dur və 2050-ci ilə qədər əhalisinin 2,5 milyarda çatacağı gözlənilir. Bu, dünyanın gördüyü ən böyük işçi qüvvəsi deməkdir. Çin bunu 20 il öncədən gördü: Afrikanın infrastrukturunu kim qurarsa, 21-ci əsrin sahibi o olacaq. ABŞ İraq və Əfqanıstanı yerlə-yeksan etmək üçün trilyonlarla dollar xərclədiyi halda; Çin Keniyada dəmir yolları, Efiopiyada bəndlər, Cibutidə limanlar, Nigeriyada magistral yollar, Ruandada texnoloji mərkəzlər və hər yerdə Huawei dəstəkli telekommunikasiya şəbəkələri qururdu. Üstəlik, bütün bunları tək bir güllə atmadan, rejim dəyişikliyi etmədən, sanksiya tətbiq etmədən və demokratiya dərsi verməyə qalxışmadan bacardı. Sadəcə polad, fiber-optik və uzunmüddətli müqavilələrlə.
Buna görə də insanlar Çinin İran məsələsində niyə susduğunu soruşanda, cavab budur: Sükut strategiyanın özüdür. Amerikanın İsrail naminə apardığı hər müharibə trilyonlara başa gəlir, enerji bazarlarını qeyri-sabitləşdirir, Körfəzdəki tərəfdaşlarını özündən uzaqlaşdırır və bütün Qlobal Cənubu Pekinin iyirmi ildir ilmə-ilmə toxuduğu sistemə daha da yaxınlaşdırır.
Körfəz ölkələrinin hazırkı mövqe dəyişikliyinin ideologiya ilə əlaqəsi yoxdur. Vaşinqton Təl-Əvivin regional strategiyasına xidmət etmək üçün bütün bölgəni döyüş meydanına çevirdi və sonra ciddi bir üz ifadəsi ilə bu ölkələrdən Amerika istiqrazlarını almağa davam etmələrini gözləyir. Riyaziyyat artıq uyğun gəlmir. Riyaziyyat bitəndə isə sadiqlik də bitir.
Pekinin İranla bağlı sükutu şahmat taxtasındakı bəlkə də ən səbirli və eyni zamanda ən dağıdıcı gedişdir. Çin Amerikanın öz hegemonluğunu öz əlləri ilə necə parçaladığını canlı yayımda izləyir və bu zaman Vaşinqtonun yandırdığı hər bir ittifaqı səssizcə miras alır. Daha asan və daha ucuz ola bilməzdi.
Napoleon demişdi: “Düşməniniz yanlış yaparkən ona əsla mane olmayın”. Pekin bu tövsiyəni 50 ildir tətbiq edir. Və hazırda bu strategiya Pekinin gözlədiyindən belə daha sürətlə bəhrəsini verir”.
