İranın xarici işlər naziri Abbas Əraqçi sosial media səhifəsində ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) HIMARS çoxnövlü raket sistemlərini tanıtdığına görə təşəkkür edib.
Bəyanatda deyilir: “CENTCOM, qonşularımızın ərazisindən istifadə edərək əhalimizə qarşı HIMARS sistemlərini yerləşdirdiyinizi etiraf etdiyiniz üçün təşəkkür edirəm”.
Nazirin sözlərinə görə, İran bu Amerika sistemlərini harada olursa olsun, öz raketləri ilə məhv edərsə, “heç kim şikayət etməməlidir”.
