DünyaSiyasət

ABŞ İsraili qurban verdi.

Həqiqəti deyək ki, İranın şiə olmayan müsəlmanlar üçün rəftarı tarix boyu kobud olub. Çox zamanda qeyri müsəlmanların tərəfində olaraq savaşıb, yada şiə olmayan ölkələrə qarışıqlıq yaradan müdaxilələr edib.

Artıq Ərəb baharından sonra, Yəmən, Suriya və İraqda təsir gücü azalandan sonra vəhdət, Sünni Şiə qardaşlığı daha çox ön plana atılıb. Çünki, artıq anlayırdı ki, sıra özünə çatıb.

Hər necəsə bu, yaxşı bir haldı fikrimcə. Çünki, müsəlmanların gözünü müsiblətlə açar misalı İran bir növ azda olsa anladı ki, düşmən üçün sünni, şiə fərq etmir. İkinci olaraq isə müsəlmanlarla yaxşı münasibət qurmaq lazımdı.

Allah bir növ İranın etdiyi zalim rəftarları başqa bir zalimlərlə (abş, israil…) cəzasın verdi.

Bu savaşın yaxşı bir tərəfi isə yahudilərin belə desək köləsi olmuş Amerika artıq 50 ildən çoxdu istifadə etdiyi kürdləri itirdi. Həmçinin, ərəb ölkələrini layiqli qoruya bilmıdiyi üçün onlarıda itirdi. Daha ərəblər ABŞ-a münasibətləri əvvəlki kimi olmayacağı mütləqdir. Bu, isə müsəlman ölkələrini bir birlərinə yaxınlaşıdracaq deməkdir.

Əsas məğlubiyyət isə düşünürəm ABŞ-ın yaxın şərqdə gücünün azalması və İranın dünyada nizam yaradan ərəblərin neft bazalarına zərbəlıri, hörmüz boğazının bağlaması ilə yaranan neft böhranı ilə yaratdığı iqdisati çətinlikləridi.

Bir sözlə ABŞ-ın güclü bombardumanını, İran liderlərini öldürməsini çıxsaq bir çox sahədə dərin yaralara məğlub oldu.

Yahudilərin isə illuziya gücü, İmperialistlərin fantastik dəstəyi mifi isə çox dağıldı. Görünən odur ki, dünyada arıq heç kim mənəm mənəm deyəcək gücdə deyil. Rusiyada buna misaldı.

Son olaraq isə, İsraili artıq çətin günlər gözləyir. Əgər sabah İsrail hansısa müsəlman ölkəsi ilə savaşa başlasa böyük ehtimal indiki vəziyyət olmayacaq. Çünki, artıq arxasında güclü Amerika olmayacaq.
Belə desək, ABŞ tam qələbə qazanmayaraü geri çəkilməklə İsraili artıq qurban verdi. Yaxın zamanda bunu hər kəs görəcək.

 

Elşad Həmidov

Tacxeber.com

Oxşar xəbərlər

Toivo Klaar: “Ermənistan və Azərbaycan arasında aparılan danışıqları

redaktor

Rişi Sunakın Rusiyada biznesi ÜZƏ ÇIXDI – Britaniya müxalifəti hesabat TƏLƏB EDİR

redaktor

Qəzzada ölənlərin ümumi sayı 16 min nəfəri keçib

redaktor