DünyaSiyasət

Tramp kürdlərdən küsdü – NİYƏ?

ABŞ-ın İrana qarşı kürd separatçılarından istifadə etmək planı baş tutmadı. Separatçılar gündə bir xəyala düşən Trampa güvənməyib onun təklifini geri çeviriblər. Tramp da ürəyində “canınız cəhənnəmə” deyib onlardan istifadə etmək fikrindən vaz keçib və təyyarəsinə minib Florida ştatına yollanıb.

Təyyarədə Trampı yaxalayan jurnalistlərin suallarını cavablandıran ABŞ prezidenti onlara belə deyib: “Biz kürdlərlə çox dostluq edirik, amma müharibəni indikindən daha mürəkkəb etmək istəmirik. Mən kürdlərin ora getməsini istəməməyimə qərar verdim”.

“Bəs, sizcə, İrana hücumlar bitdikdən sonra bu ölkənin xəritəsi eyni qalacaqmı?” sualına da Trampın cavabı maraqlı olub: “Dəqiq deyə bilmərəm, amma yəqin ki, yox”.

Donald Tramp ertəsi gün “The Times of Israel” qəzetinə telefonla verdiyi açıqlamada çarəsizliyini növbəti dəfə gizlətməyib. O bildirib ki, İranla müharibənin nə vaxt bitməsi İsrailin Baş naziri Binyamin Netanyahu ilə alacaqları “qarşılıqlı” qərardan asılı olacaq. Yəni buna mən yox, ağam Netanyahu qərar verəcək, mən isə canü-dildən icra edəcəyəm.

Bir sözlə, Tramp əfəndi dərin bir qeyri-müəyyənlik içərisindədir. Görünən budur ki, o, hətta müharibəni belə bitirə bilər. Amma ağası Netanyahu hələlik buna razı deyil.

Bilirsinizmi, Tramp-Netanyahu cütlüyü niyə bu cür qeyri-müəyyən duruma düşdülər? Çünki köhnə hamama təzə tas qoymaq istədilər. Hamamın əsl sahibləri isə buna razı olmadı. Yəni Urmunu Kürdsütan etməyə çalışdılar. Urmulular isə buna yox dedilər. ABŞ və İsrailin proksiləri kimi fəaliyyət göstərməyə çalışan kürd separatçıları da bir tərəfən İranın, digər tərəfdən Türkiyə və Azərbaycanın arasında sıxışıb qalmağın onlar üçün heç də nə vəd etmədiyini anlayıb Trampı yalnız qoydular. Tramp isə öz növbəsində 10 minlərlə ABŞ əsgərlərini bu cəhənnəm üçbucağına göndərib həlak etmək istəmir.

İndi Trampın da, İranın da taleyi Netanyahunun əlindədir. Netanyahu Trampa “İranı vurmağı dayandır” desə, dayandıracaq, “dayandırma” desə, dayandırmayacaq. Görünən budur ki, Netanyahu da “tutduğunu buraxmayan kor” kimi hərəkət etmək niyyətindədir.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Trump poker oynayır, Xamneyi şahmat.

redaktor

Ukraynaya Mi-8 təyyarəsini qaçıran rus pilot İspaniyada qətlə yetirilib.

admin

Mühafizəçilər mərasimdə istidən huşlarını itirdi – VİDEO

redaktor