ABŞ prezidenti Donald Tramp “The Times of Israel” qəzetinə verdiyi müsahibədə Müctəba Xameneinin İranın yeni ali lideri seçilməsi ilə bağlı “görəcəyik nə olacaq” ifadəsi ilə şərh verib.
O, əvvəllər ABC News-a verdiyi açıqlamada İranın növbəti liderinin Vaşinqtonun təsdiqini almadığı təqdirdə “uzun müddət davam etməyəcəyini” söyləmişdi. “İstəmirəm ki, insanlar beş ildən sonra yenidən bu məsələ ilə məşğul olsunlar, daha pisi, nüvə silahına sahib olmaq perspektivi ilə üzləşsinlər”, – deyə Tramp bildirib.
8 martda İranın Ekspertlər Məclisi Müctəba Xameneini rəsmi olaraq Ali Rəhbər kimi təsdiqlədi. O, ABŞ-İsrail əməliyyatında öldürülən keçmiş Ali Rəhbər Əli Xameneinin oğludur.
