28 C
Bakı
14 Avqust 2026 10:40
DünyaSiyasət

“Nüvə düyməsi hər zaman masamın üstündədir” – ABŞ-ni belə təhdid etdi

Yaxın Şərqdə davam edən müharibə 10-cu gününə daxil olarkən qlobal gərginlik daha da artır. Bu fonda Şimali Koreya lideri Kim Çen ın ABŞ-yə yönəlmiş diqqətçəkən açıqlamalar verib.

Kim Çen In bildirib ki, ölkəsinin nüvə silahları hər an istifadə olunmağa hazır vəziyyətdədir və ABŞ ərazisinin hamısı Şimali Koreyanın nüvə zərbə radiusu daxilindədir.

“Nüvə düyməsi hər zaman masamın üstündədir. ABŞ-nin bütün əraziləri nüvə zərbəmizin təsir dairəsindədir”, – deyə Kim bidirib.

O həmçinin bildirib ki, Şimali Koreya Amerika qitəsindəki hədəflərə əvvəlcədən xəbərdarlıq etmədən hücum edə biləcək imkanlara malikdir və istənilən nöqtəni vurmaq gücündədir.

Ekspertlər hesab edir ki, Şimali Koreya ilə ABŞ arasında nüvə gərginliyinin yenidən artması təkcə Koreya yarımadasına deyil, ümumilikdə qlobal təhlükəsizlik balansına da ciddi təsir göstərə bilər. (AzPolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

Kiyev Moskvaya Qara dənizdə atəşkəs təklif etdi

redaktor

Hörmüz boğazıyla bağlı gərginlik azalmır

redaktor

“Məkkə sazişi” və Azərbaycan – Bakı yeni bloka qoşulmalıdırmı?

redaktor