Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankaranın xəbərdarlıqlarına baxmayaraq, “son dərəcə səhv və təxribatçı addımlar” davam edir və bu, ölkələr arasındakı dostluğu təhlükəyə atır.
Onun sözlərinə görə, bu cür hərəkətlər türk xalqının şüurunda dərin bir yara yarada və min illik mehriban qonşuluq münasibətlərinə kölgə sala bilər.
İran raketlərinin Türkiyə ərazisinə düşməsi ilə bağlı bu gün baş verən hadisəni şərh edən Ərdoğan “bu səhvdə israr etməməyə və inadkarlıq göstərməməyə” çağırıb.
