SEPAH sevimlisi, gəncliyində bu təşkilatın sıralarında olmuş və ifrat mühafizəkar şəxs, Müctəba Xamenei (öldürülən Əli Xameneinin ikinci oğlu) İranın Ali dini, dovlət lideri oldu.
İslam İnqilabı Keşikçiləri Korpusu (dünyada terror təşkilatı kimi tanınan) SEPAH onun Ali Lider seçimində israrlı olub, baxmayaraq ki, İranın yaşlı ali dini elitası buna razı deyildi.
2-3 gün öncə, İran Prezidenti Pezeşkian İranın silahlı qüvvələrinin qonşu ölkələrə atəş açdığı üçün etirafı üzr istəməsini və bu halın bir daha təkrar olunmayacağına söz verməsini SEPAH dərhal bəyanat yayıb açıq və kəskin iqnor etdi. Yazdım ki, bu İranda hərbi çevrilişin işartısıdır:
https://www.facebook.com/share/p/1JBV7oz8VJ/
Budur, ölən Əli Xamenei heç olmasa, İrandakı bütün dini, siyasi və hərbi tərəfləri, mərkəzdə duraraq tarazlıq balansında saxlayırdı. SEPAH vasitəsilə liderliyə gələn Müctəba Xamenei isə İranda hakimiyyətin faktiki SEPAH-a ötürülmə hərbi çevrilişi prosesinin təmini anlamını verir.
İndiyədək, SEPAH güc strukturu, İranda dövlət içində dövlət idisə, indi artıq, tam dövlət oldu! Bu isə, İranın terror dövləti olması iddialarının möhkəmlənməsi, idarəçi rejiminin əvvəlkindən də Yaxın Şərq regionu və qonşu ölkələrə qarşı aqressiv ola bilməsi ehtimalını daha da artırır.
Və təbii: bu hal rejimin ləğvini artıq, qaçılmaz labüd edir… Artıq, bütün ərəb regionu, Avropa, NATO reaksiya verib, çətin qoyarlar, SEPAH-ın xidmətində deyil, hakimi olduğu Rejim qalsın.
Qeyd. Bununla, Pezeşkianın vəziyyəti təhlükə altına düşə bilir. Kənarlaşdırılma, həbs və sair.
