Media yazır ki, Ayətullah Sistani “cihad” elan edib. Yadıma bir hadisə düşdü..
Azərbaycanda dini təsir altına düşən bir nəfər Mərkəzi Nəcəfdə olan “Alul-Bayt” elmi müəssisəsinin rəhbəri Əli Sistaninin qəbuluna gedir. Çox çətinliklə Nəcəf şəhərinə gələn həmin adam günlərlə orda qalıb Sistaninin qəbuluna düşmək üçün gözləyir.
Bütün pulunu xərcləyir və nəhayət Sistaninin köməkçisinə yalvar yaxırdan sonra onu qəbul edirlər. İçəri keçir, dərindən nəfəs alır və soruşur
“Ağa, Azərbaycandan gəlmişəm, bir sual məni maraqlandırır. Domino oynamaq haramdır yoxsa halal”
