DünyaMuharibə

ABŞ İran müharibəsini nə vaxt bitirməyi planlaşdırır?

İrandakı kürd məsələsi ilə bağlı hələ ki, konkretliyin olmadığı görünür. Amma ərazidəki vəziyyət gələcək proqnozlar üçün imkan yaradır.

Qeyd edilir ki, son 2 həftə ərzində Tehran, İsfahan, Təbriz və Məşhəd kimi böyük şəhərdə yaşayan minlərlə kürd bu şəhərləri tərk edərək çoxluqda oluqları bölgələrə keçiblər. Tehranın Sadıkiye, Səttarxan və Narmak kimi kürd məhələləri az qala tamamilə boşalıb. Kürd bölgələrində yanacaq və qida qiymətləri ciddi şəkildə yüksəlib. Bir çox tacir artıq öz mallarını satmaqdan imtina edir.

Buna parallel İraq və İran kürdləri arasında fikir ayrılıqları olduğu da görünür. İran kürdləri prosesdə maraqlı ikən, İraq kürdləri hadisələrə təmkinli yanaşır. Xüsusilə 5 müxalif İran kürd partiyası ABŞ-ın İran strategiyasını dəqiqləşdirməyə çalışır. Partiyaların cavab tapmaq istədikləri suallar budur: ABŞ bu müharibəni nə vaxt bitirməyi planlaşdırır? ABŞ müharibəni necə bitirməyi planlaşdırır? ABŞ kürdlərə siyasi və hərbi olaraq hansı qarantiyalar verə bilər?

Kürdlərin hər hansı formada əməliyyatlara başlaması üçün bu 3 vizyonun dəqiqləşdirilməsinə ehtiyac olduğu deyilir. Məntiqli yanaşmadır, kürdlər yarı yolda qalmaq və Suriya ssenarisindəki kimi tərk edilmək istəmirlər. Daha ciddi qarantiyalar tələb edirlər. Lakin ABŞ xüsusilə İraq kürdləri üzərində ciddi təsir gücünə malikdir. Ən sadə formada İraqdakıların neft satışlarından əldə etdikləri gəlir birbaşa ABŞ təminatı altındadır. Bu məqam düşündürür ki, yaxın müddətdə kürd partiyaların hərəkətə keçməsi üçün şərtləri təmin edilə bilər.

ABŞ rəsmiləri açıq qeyd edirlər ki, bu cür bir quru əməliyyatı ssenarisi SEPAH-ın diqqətini dağıtmaq və onları hərəkətə keçirmək üçün vacibdir. Digər tərəfdən ABŞ-ın özünün də quru əməliyyatlara başlaması ehtimalları barədə danışılır. Düzü düşünmürəm ki, burada bəhs edilən ehtimal İranın tam işğalı ola bilər. Məhdud ərazilərdə, xüsusilə Hörmüz boğazına nəzarətə imkan verən adalara hücumlar gözləniləndir.

Nəticədə İranın enerji mərkəzləri də ölkənin cənub və cənub-qərbində yerləşir. ABŞ-a qarşı əsas qlobal reaksiya da Hörmüz boğazının bağlanmasına görə gəlir. Rejimin hər hansı formada geri addım atmayacağı təqdirdə, bu cür məhdud quru əməliyyatlarına gediləcəyi real görünür.

 

Araz Əliyev

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

ABŞ bölmələri Ukraynadadır, zərbələri onlar endirir – MKİ

redaktor

Zəlzələnin 155-ci saatında əqli qüsurlu gənc dağıntılar altından xilas edildi – FOTO

redaktor

Əsəd rejiminin işgəncə verdiyi məhbus görün nələr danışdı – ŞOK VİDEO

redaktor